SON XƏBƏRLƏR

Soydaşlarımız “Təbiət günü”nü Urmu Gölü kənarında keçiriblər- VİDEO

2021.10.20, 07:36
Soydaşlarımız “Təbiət günü”nü Urmu Gölü kənarında keçiriblər- VİDEO

Gunaz.tv

GünAz TV: Bir qrup Milli Hərəkat fəalı Urmulu soydaşlarımızla birlikdə Təbiət Gününü (13 fərvərdin , 1 aprel) Urmu Gölü kənarında keçiriblər.

 

Onlar, Azərbaycan müsiqisi səsləndirib və milli rəqslərimizi nümayiş etdiriblər. Mərasim iştirakçıları türk dilində şeirlər deyib və şənlik də ediblər.

 

Soydaşlarımız rejimin Urmu Gölünün qurudulmasına yönələn siyasətini məhkum edib və bu zəmində çoxlu şüarlar səsləndiriblər. Səsləndirilən şüarlar arasında “Urmu Gölü qanımdır – Azərbaycan canımdır”, “Azərbaycan dur səs ver – Urmu Gölünə nəfəs ver”, “Urmu Gölü səsləyir, susuzam Haray Haray” kimi şüarlar olub.

 

Mərasimin sonunda iştirakçılar tərəfindən gənclik marşı (Azərbaycan sənsən mənim...) oxunub və Gölə simvolik olaraq su tökülüb.

 

http://www.youtube.com/watch?feature=player_embedded&v=jDzwuRx5DeQ

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar