SON XƏBƏRLƏR

Tarıq Əl Haşimi ölkəni tərk edib

2021.10.20, 07:36
Tarıq Əl Haşimi ölkəni tərk edib

Gunaz.tv

GünAz TV: Bağdad hökumətinin həbs qərarına etiraz edərək İraqın şimalına sığınan Tarıq Əl Haşimi buranı da tərk etmək məcburiyyətində qalıb.

 Mərkəzi hökumətin təzyiqləri artırmasından sonra İraqın şimalında qalması çətinləşən Haşimi Qətərə gedib.

 Prezident müavini burada Qətər əmiri Şeyx Hamad Bin Xəlifə Əl Tani və digər rəsmilərlə görüşəcəyi açıqlanıb.

 İraq vitse-prezidentinin (prezident müavini) ofisindən verilən açıqlamada Əl Haşiminin bəzi bölgə ölkələrini də ziyarət etdikdən sonra Şimali İraqa qayıdacağı bildirilib.

Baş nazir Nuri Əl Malikinin sözçüsü Əli Əl Musəvi isə Əl Haşiminin ölkəni tərk etməklə haqqındakı həbs qərarını pozduğunu söyləyib. Əl Musəvi vitse-prezidentin ölkəni tərk etməsinə icazə verən Ərbil şəhəri rəhbərliyi haqqında istintaq başladılacağını deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar