SON XƏBƏRLƏR

Meşkinşəhrdə soydaşlarımız Urmu Gölünün qurudulması siyasətinə etiraz ediblər

2021.10.20, 07:36
Meşkinşəhrdə soydaşlarımız Urmu Gölünün qurudulması siyasətinə etiraz ediblər

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Meşkinşəhr (Xiyav) şəhərində də Urmu Gölünün qurudulması siyasətinə etiraz edilib və şüarlar səsləndirilib.

 

Məlumata görə, min nəfərdən çox soydaşımız Meşkinşəhrin Ağdərə kəndində bir yerə toplaşaraq İran rejiminin Urmu Gölü ilə bağlı apardığı qərəzli siyasətini məhkum edib və bu siyasətin dərhal dayandırılmasını tələb ediblər.

 

Etirazçılar Urmu Gölü ilə bağlı müxtəlif şüarlar səsləndiriblər. Məlumata görə, polis qüvvələri etirazçılara hücum edib və onlardan bir neçəsini yaxalayıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar