SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Davud Şiri tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Davud Şiri tutuqlanıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəal Davud Şiri ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb.

 

O, iki gün öncə Təbrizdə öz evində ETTELAAT məmurları tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılıb.

 

Hələlik milli-mədəni fəalın vəziyyəti ilə bağlı geniş məlumat yoxdur.

 

Qeyd edək ki, adını çəkdiyimiz azərbaycanlı fəal ötən il Təbrizin “Azərbaycan” meydanında keçirilən kütləvi yürüşün iştirakçılarından olub. O, dəfələrlə mədəni fəaliyyətlərinə görə təzyiqlərə məruz qalıb və tutuqlanıb. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar