SON XƏBƏRLƏR

Əli Əsgər Sultanıya : İrana Sanksiyalar da Təsir Etmədi

2021.10.20, 07:36
Əli Əsgər Sultanıya : İrana Sanksiyalar da Təsir Etmədi

Gunaz.tv

Əli Əsgər Sultanıya : İrana Sanksiyalar da Təsir Etmədi

GünazTV: İran, nüvə enerji fəaliyyətlərinin planlandığı kimi davam edəcəyini və uran zənginləşdirmə əməliyyatının təxirə salınmasının söz mövzusu olmadığını bildirdi.

Fars Xəbər Agentliyinin xəbərinə görə, İranın Beynəlxalq Atom Enerjisi Təşkilatındakı (UAEK) Daimi Nümayəndəsi Əli Əsgər Sultanıya bir televiziya kanalına etdiyi şərhdə, ölkəsinin nüvə enerji fəaliyyətləriylə əlaqədar qiymətləndirmələr etdi.

Sultanıya, "İran, nüvə enerji fəaliyyətlərinə davam edəcək və uran zənginləşdirməyi əsla təxirə salmayacaq" ifadələrini istifadə etdi. UAEK ilə əməkdaşlıq etməyə davam edəcəklərini də ifadə edən Sultanıya, əsgəri təsislərin nəzarət edilməsi tələblərini qəbul etməyəcəklərini söylədi.

BM, ABŞ və ABin İrana istiqamətli sanksiyalarını da qiymətləndirən Sultanıya, "Sanksiyaların heç bir təsiri olmadı və biz nüvə enerji fəaliyyətlərimizi davam etdirməyə qərarlıyıq" dedi.

Sultanıya, İrana istiqamətli ABŞ və İsrailin "hücum təhdidləri" ilə əlaqədar olaraq da "Heç kim İrana hücum etmə cürətində sahib deyildir " ifadəsini istifadə etdi. Sultanıya, ölkəsinə qarşı bir hücuma ağır cavab veriləcəyini söylədi.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar