SON XƏBƏRLƏR

Türkiyə üçün müdhiş iddia!

2021.10.20, 07:36
Türkiyə üçün müdhiş iddia!

Gunaz.tv

Türkiyə üçün müdhiş iddia!

GünazTV: İngilis televiziyası Sky News, yayınladığı  bir ‘ xəbərdə' İranın Türkiyədə sui-qəsdçilərdən ibarət olan gizli bir şəbəkə qurduğunu qarşıya qoydu.Qismən Avstraliyalı işadamı Rupert Murdocha aid olan İngiltərə mərkəzli xəbər televiziyası Sky Newsin "kəşfiyyat qaynaqlarına" söykədiyi xəbərə görə kəşfiyyat təşkilatları, Türkiyədəki Yəhudi, İsrail və Qərb hədəflərinə hücum etmək üzrə İrandan əmr gözləyən sui-qəsdçiləri axtarır. 

Xəbərə görə terror şəbəkəsi, doğrudan İran dini lideri Əli Xamaneyə bağlı olan İnqilab Gözətçilərinin Qüds Gücündə "Vahid 400" adıyla təşkilatlandı. Bir kəşfiyyat qaynağı, "Vahid 400 bir neçə aydır Türkiyədə bir əməliyyat üçün hazırlanır.

Bu hazırlıqların çox irəli bir mərhələyə çatdığı və planı tətbiqə niyyətli olduqları istiqamətində dəqiq bir qiymətləndirməmiz var" dedi.

 S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar