SON XƏBƏRLƏR

Clinton: İranla Nüvə Müzakirələr İstanbulda Keçiriləcək

2021.10.20, 07:36
Clinton: İranla Nüvə Müzakirələr İstanbulda Keçiriləcək

Gunaz.tv

Clinton: İranla Nüvə Müzakirələr İstanbulda Keçiriləcək GünazTV: ABŞ Xarici işlər Naziri Hillary Clinton, İranın nüvə proqramı üzərində P5+1 ölkələriylə başlatdığı müzakirələrin İstanbulda davam edəcəyini açıqladı.Səudiyyə Ərəbistanının paytaxtı Riyadda təşkil edilən Körfəz Əməkdaşlıq Şurası - ABŞ Strateji Əməkdaşlıq Fourumuna qatılan Hillary Clinton, yığıncaq sonrasında kameraların qarşısına keçdi. Səudiyyə Ərəbistanılı mevkidaşı Faysal əl Suudla təşkil etdiyi mətbuat konfransında danışan Clinton; forumda İran və Suriyayla əlaqədar məsələlərin də ələ alındığını söylədi. Hillary Clinton, İranın nüvə proqramı üzərində P5+1 ölkələriylə başlatdığı müzakirələrin 13-14 Aprel tarixlərində İstanbulda davam edəcəyini açıqladı. Tərəflər 2011in Yanvar ayında yenə İstanbulda bir araya gəlmiş, lakin görüşmələr müvəffəqiyyətsizliklə nəticələnmişdi.

BM Təhlükəsizlik Şurasının daimi 5 üzvü ilə Almaniyanın tərəf olduğu müzakirələrdə, İranın uran zənginləşdirmə əməliyyatını dayandırmasının istənəcəyi təxmin edilir. İran isə barışçıl məqsədlərlə nüvə texnologiya əldə etmə haqqından fərəqət etməyəcəyini vurğulayır. 

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar