SON XƏBƏRLƏR

Taylandda Bombalı Hücumlar

2021.10.20, 07:36
Taylandda Bombalı Hücumlar

Gunaz.tv

Taylandda Bombalı Hücumlar

GünazTV:Taylandın cənubunda 4 bombalı hücum təşkil edildi. Hücumlarda 9 nəfər öldü, 70 adam yaralandı.

Yala bölgəsindəki partlamalar, iş mərkəzlərinin olduğu səmtlərdə meydana gəldi.Polis, bombalayarın park halındakı maşınlara yerləşdirilmiş ola biləcəyini açıqladı.Partlamalarda, çox sayda dükanın yanında 10dan çox ev ziyan gördü.

Pattani bölgəsində də çox güclü olmayan bir bombanın partlaması nəticəsində bir nəfər yaralandı.Hücumların arxasında ayrılıqçıların olduğu sanılır.

Yala və Pattanidə 2004-cü ildən bu yana ayrılıqçıların təşkil etdiyi hücumlarda 5 mindən çox adam həyatını itirdi.Kənar yandan Songkla bölgəsində də bir oteldə partlama meydana gəldi.Qaz sızıntısından qaynaqlandığı sanılan partlama ardından yanğın çıxdı.

Yanğında 5 adam öldü, tüstü tənəffüs edən 300dən çox adam xəstələndi.

S. B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar