SON XƏBƏRLƏR

Amerika Suriyaya qarşı yeni sanksiyalar tətbiq etdi

2021.10.20, 07:36
Amerika Suriyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Gunaz.tv

GünAz TV: Barak Obama administrasiyası (yönətim) Suriya rəhbərliyindəki şəxslərə qarşı sanksiyaları (təhrim) genişləndirib.

GünAz TV mətbuat mərkəzinin «Amerikanın səsi»nə istinadən yaydığı məlumata görə, xüsusilə Suriyanın müdafiə naziri və prezident Bəşər Əsədin cangüdəni sanksiyaya məruz qalıb. Bu və digər bir neçə şəxs Amerikanın «qara siyahı»sına salınıb. Beləliklə, ABŞ-da (Amerika Birləşmiş Ştatları) onların hesabları üzə çıxarsa, dərhal dondurulacaq. Bununla yanaşı, Birləşmiş Ştatların biznes qurumları həmin şəxslərlə istənilən əlaqə qadağan olunub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar