SON XƏBƏRLƏR

Bu gün Qubada anım mərasimi keçirilir

2021.10.20, 07:36
Bu gün Qubada anım mərasimi keçirilir

Gunaz.tv

GünAz TV: Erməni daşnaklarının azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 94 il ötür.

Bu münasibətlə hazırda Qubada anım mərasimi keçirilir.

Anım tədbirində dini qurumlarla yanaşı, millət vəkilləri Yevda Abramov və Vahid Əhmədov da iştirak edir. Qeyd edək ki, bununla yanaşı anım tədbirinə xarici diaspor təşkilatlarının nümayəndələrinin gəlməsi gözlənilir. Bu barədə SİA məlumat yayıb.

Məlumat üçün bildirək ki, anım mərasimdə  iştirak edən qonaqlar Quba Soyqırımı məzarlığından başlayaraq Quba Soyqırımı abidəsinə qədər yürüş ediblər. Kompleksi ziyarət edən qonaqlar abidə önünə gül-çiçək dəstələri düzüblər.

Yürüşdən sonra tədbirdə çıxış edən Quba rayon (şəhər, məntəqə) icra başçısı Mübariz Ağayev və millət vəkilləri qonaqlara 31 Mart Azərbaycanlıların Soyqırımı günü haqqında geniş məlumat veriblər. Tədbir iştirakçılarına 2 əsrdən çox xalqımızın ermənilər tərəfindən başına gətirilən müsibətlərdən danışıblar. Çıxışlarda bildirilib ki, 1918-ci ilin mart(March)-aprel  aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda və Lənkaranda ermənilər 50 mindən çox azərbaycanlını qətlə yetirib, on minlərlə adamı öz doğma yurdundan didərgin salıblar: "1918-ci ilin mart soyqırımından 94 il keçir, lakin ermənilərin törətdikləri bu dəhşəti unutmaq mümkün deyil.

Qeyd edək ki, hazırda Qubada keçirilən anım mərasimi davam edir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar