SON XƏBƏRLƏR

Kofi Annandan Bəşər Əsədə sonuncu xəbərdarlıq

2021.10.20, 07:36
Kofi Annandan Bəşər Əsədə sonuncu xəbərdarlıq

Gunaz.tv

GünAz TV: BMT (Birləşmiş Millətlər Təşkilatı) və Ərəb Birliyinin Suriya üzrə səfiri Kofi Annan Suriya hökumətini atəşkəs elan etməyə və silahları yerə qoymağa çağırıb.

GünAz TV mətbuat mərkəzinin “BBC”-yə istinadən yaydığı məlumata görə, Kofi Annan Suriya hökumətinin sülh planını dərhal həyata keçirməsini gözləyir.

Dünən Müxbirlərə danışan Annan Suriyanın zorakılığı dayandırmaq üçün verilən son möhlətin “indi, bu dəqiqə” olduğunu deyib.

Qeyd edək ki, Suriya Kofi Annanın 6 maddədən ibarət sülh planını çərşənbə axşamı qəbul etsə də, ölkədə iğtişaşlar davam edib. Aktivistlərin məlumatına əsasən, dünən ölkədə baş verən zorakılıqlarda azı 20 nəfər həlak olub. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar