SON XƏBƏRLƏR

Türkiyə Məktəblərində Quran Dərsləri Tədris Ediləcək

2021.10.20, 07:36
Türkiyə Məktəblərində Quran Dərsləri Tədris Ediləcək

Gunaz.tv

TÜRKİYƏ MƏKTƏBLƏRİNƏ QURAN VƏ "PEYĞƏMBƏRİN HƏYATI" DƏRSLƏRİ TƏDRİS EDİLƏCƏKGünazTV: Türkiyə Böyük Millət Məclisində  məcburi təhsilin 12 il olmasını nəzərdə tutan qanun layihəsi 9-cu maddəsinin müzakirələri vaxtı AKP  millət vəkilləri bir təkliflə çıxış edib.

Təklifə görə ibtidai təhsil qurumları; 4 illik məcburi ibtidai məktəb, 4 illik məcburi və fərqli proqramlar arasında seçmə imkanı verən orta məktəb ilə “İmam Xətib” məktəblərindən ibarət oacaq.Orta məktəblər (5, 6, 7, 8-ci siniflər) və “İmam xətib” məktəblərində litsey (9, 10, 11, 12-ci siniflər) təhsilinə dəstək verəcək şəkildə şagirdlərin qabiliyyət, inkişaf və arzusuna görə istəyə bağlı dəsrlər olacaq. Qurani Kərim və “İslam peyğəmbərinin həyatı” da orta məktəb və litseydə şagirdlərin istəyinə görə (sadəcə istəyənlərə) tədris ediləcək.Bu məktəblərdə tədris ediləcək digər istəyə bağlı dərslərlə orta məktəblərdə (İmam xətib orta məktəbləri də daxil) təşkil ediləcək proqram variantlarını nazirlik müəyyənləşdirəcək.Təklifin əsasnaməsində, “Tədris ediləcək istəyə bağlı dəsrlərlə bağlı ictimaiyyətdə meydana gəlmiş səhv məlumatlandırmaları açıqlığa qovuşdurmaq məqsədilə təklif edilib” – deyə yazılıb.Təklif AKP və MHP (Miılliyyətçi Hərəkat Partiyası) millət vəkillərinin dəstəyi ilə qəbul edilib.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar