SON XƏBƏRLƏR

31 Mart soyqırımı müxtəlif ölkələrdə qeyd olunacaq

2021.10.20, 07:36
31 Mart soyqırımı müxtəlif ölkələrdə qeyd olunacaq

Gunaz.tv

GünAz TV: 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə dünyanın bir sıra ölkələrində Azərbaycan diasporunun təşkilatçılığı ilə müxtəlif tədbirlər, soyqırımı qurbanlarının anım mərasimləri, sərgi və konfranslar keçiriləcək.

 

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Rusiya Federasiyasının Moskva, Sankt-Peterburq, Yekaterinburq, Murmansk və digər şəhərlərində Ümumrusiya Azərbaycanlıları Konqresi, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının və digər Azərbaycan təşkilatlarının təşəbbüsü ilə keçiriləcək tədbirlərdə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri və daşnak qrupları tərəfindən azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə fakt və sənədlərə əsaslanan məlumatlar veriləcək, soydaşlarımız dünya ictimaiyyətinin bu cinayətə hüquqi qiymət verməyə səsləyəcəklər.

 

1918-ci il 31 mart soyqırımı qurbanlarının xatirəsi Ukrayna, Belarus, Latviya (Letoni), Litva (Litvani), Estoniya, Gürcüstan, Qazaxıstanda yaşayan soydaşlarımız tərəfindən də yad ediləcək. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar