SON XƏBƏRLƏR

Uzaq Şərqdə gərginlik artır

2021.10.20, 07:36
Uzaq Şərqdə gərginlik artır

Gunaz.tv

GünAz TV: Yaponiya Şimali Koreyanın raket sınağına qarşı hazırlıqlara başladı.

Şimali Koreya gələn ay yeni bir uzun mənzilli raket sınağı keçirdiyini açıqlayıb.

 Pxenyan hər nə qədər peyk texnologiyalarını inkişaf etdirməyi qarşısına məqsəd qoyduğunu və bu sınaqların sülhməramlı kosmos proqramının bir hissəsi olduğunu bildirsə də, bu açıqlama etirazlara səbəb olub.

GünAz TV mətbuat mərkəzinin TRT-yə istinadən yaydığı məlumata görə, Yaponiyanın müdafiə naziri Naoki Tanaka ordu komandanlarıyla (fərmandehləri) keçirdiyi toplantıda raket-müdafiə sistemlərinin hazırlanmasını istəyib. Milli təhlükəsizlik üçün hazırlıqlı olmağın vacibliyini vurğulayan Tanaka Yaponiyanın hava sahəsinə girəcəyi təqdirdə Şimali Koreya raketini vuracaqlarını da açıqlayıb.

 Yaponiya rəsmiləri xüsusi mühafizə olunan üç raket daşıyıcı gəminin Sakit Okeana (iqyanus) və Şərqi Çin dənizinə göndəriləcəyini, Okinava adasına da "Patriot" raket sistemlərinin yerləşdiriləcəyini bildirib.

 Bir raket müdafiə sisteminin isə paytaxt Tokioda yerləşdirilməsi ehtimalı var.

 Şimali Koreyanın gələn ayın ortalarında fırladacağı "Unha 3" raketinin Yaponiyanın qərbindən keçməsi gözlənilir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar