SON XƏBƏRLƏR

Türkiyə də İran neftinin idxalını azaldacaq

2021.10.20, 07:36
Türkiyə də İran neftinin idxalını azaldacaq

Gunaz.tv

GünAz TV: Türkiyə İran neftinin alışını azaldacaq və Liviya (Libi) neftinin idxalını artıracaq. Trend-in məlumatına görə, bu barədə cümə günü "Haber7" telekanalı xəbər verib.

Məlumata görə, Türkiyə belə bir qərarı İran neftinin alışını azaltmaqla bağlı ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Ankaraya təzyiqi fonunda (zəminində) qəbul edib.

 Belə ki, ABŞ-ın Ankaradakı səfiri Frensis Rikardone Türkiyəyə bəzi ölkələrin İrandan neft idxalının azaltdıqlarını xatırladıb. Səfir ABŞ-ın Türkiyədən analoji addım gözlədiyini deyib.

Məlumata görə, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın İrana səfəri zamanı Türkiyəyə idxal olunan qazın qiymətləri də müzakirə olunub.

İran bu məsələdə inadkarlıq göstərərək qazın qiymətlərini azaltmayacağını bəyan edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar