SON XƏBƏRLƏR

Ərəb Birliyindən Suriya höpkumətinə ciddi tələb…

2021.10.20, 07:36
Ərəb Birliyindən Suriya höpkumətinə ciddi tələb…

Gunaz.tv

GünAz TV: Ərəb Birliyi Suriyada Annan planının dərhal yerinə yetirilməsini tələb edir. Əsad isə şərt irəli sürür.

İraqın paytaxtı Bağdadda keçirilən Ərəb Birliyi sammitinin (zirvə toplantı) son bəyanatında Annan planının dərhal və əksiksiz şəkildə yerinə yetirilməsi çağırışı edilib.

 Bəşar Əsad isə planın yerinə yetirilməsi üçün heç bir səydən çəkinməyəcəklərini deyib, amma silahlı qruplara xaricdən verilən dəstəyin kəsilməsini tələb edib.

 Suriyada isə qan axmağa davam edir. Ordunun son hücumlarında 34 nəfər ölüb. Xumsun bombardman altında olduğu, Baba Amrda su anbarlarının belə partladıldığı, tankların elektrik dirəklərini aşırdığı bildirilir.

 Xama və Dera şəhərlərində də əsgərlərlə Azad Suriya ordusu hissələri arasında şiddətli toqquşmalar davam edir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar