SON XƏBƏRLƏR

Urmu şəhərində internetin sürəti düşüb

2021.10.20, 07:36
Urmu şəhərində internetin sürəti düşüb

Gunaz.tv

GünAz TV: Azərbaycanlılar növbəti dəfə Kütləvi Yığıncağa hazırlaşırlar. İran rejimi isə önləyici tədbirlər almağa davam edir.

 

Son məlumata görə, Urmu şəhərində 2 gündür internetin sürəti düşüb. Həmçinin  bir çox protokolda o cümlədən “HTTPS”də problemlər yaranıb.

 

Şərhçilərin fikrinə görə, internetin sürətinin düşməsi rejimin keçiriləcək Kütləvi Yığıncağa qarşı həyata keçirdiyi önləyici tədbirlərdən biri kimi qiymətləndirilməlidir.

 

Qeyd edək ki, soydaşlarımız Təbiət günü (2012-ci il aprelin 1-i , 1391-ci il fərvərdinin 13-ü) Urmu Gölünün qurudulması siyasətinə qarşı növbəti dəfə kütləvi etiraza hazırlaşırlar.

 

Görüş:

Zaman: 2012-ci il aprelin 1-i (1391-ci il fərvərdinin 13-ü)

Yer: 1) Şah Gölü  2) Azərbaycan meydanı  3) Eynalı dağı

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar