SON XƏBƏRLƏR

ABŞ Federal Məhkəməsi İranı 44,6 milyon dollar cərimələyib

2021.10.20, 07:36
ABŞ Federal Məhkəməsi İranı 44,6 milyon dollar cərimələyib

Gunaz.tv

ABŞ Federal Məhkəməsi İranı 44,6 milyon dollar cərimələyib

GünazTV: ABŞ Federal Məhkəməsi İranı 44,6 milyon dollar məbləğində cərimələyib.Bu məbləğ 1983-cü il oktyabrın 23-də Livanın paytaxtı Beyrut şəhərində baş vermiş terror aktı zamanı xəsarət alan iki amerikalıya - Ceyfri Pol Obraen və Diniel Leyn Qaffna kompensasiya kimi ödəniləcək.

Çünki ABŞ Federal Məhkəməsi həmin terror aktına görə İranı təqsirkar sayıb. Qeyd edək ki, 1983-cü il oktyabrın 23-də yerli vaxtla səhər saat 07:00-da “Mercedes-Benz” markalı yük avtomobili 5 ton trotillə Beyrutda sülhməramlı qüvvələrin tərkibində xidmət edən ABŞ və Fransa dəniz piyadalarının yerləşdiyi kazarmaya girərək partlayış törədib. Nəticədə 241 amerikalı hərbçi həlak olub. S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar