SON XƏBƏRLƏR

Həbsdə ola fəalın qardaşı: Qardaşımdan xəbər tuta bilmirik

2021.10.20, 07:36
Həbsdə ola fəalın qardaşı: Qardaşımdan xəbər tuta bilmirik

Gunaz.tv

GünAzTv: Mayın 23-də səhər 8 radələrində iş yerindən çıxarkən tutulub, ETTELAAT məmurları ilə evə gəlib, evi axtarıblar, sonra atamın evini axtarıblar, kitabları, kompüteri, cd-ləri götürüblər.

GünAzTv: «Mayın 23-də səhər 8 radələrində iş yerindən çıxarkən tutulub, ETTELAAT məmurları ilə evə gəlib, evi axtarıblar, sonra atamın evini axtarıblar, kitabları, kompüteri, cd-ləri götürüblər. Qardaşımı da özləri ilə aparıblar. Sonra da zəng vurdu, dedi Təbriz ETTELAAT-ındayam. Ondan sonra qardaşımdan xəbərimiz  yoxdur». Bu barədə Azadlıq radiosu milli fəal Şəhram Radmehrin qardaşı Səccad Radmehrin dilindən xəbər yayıb. Onun sözlərinə görə, qardaşı Şəhram əvvəllər də milli fəal kimi həbs olunub:«Bundan əvvəl də 2003-cü ildə Təbrizin İmamiyyə qəbiristanlığında keçirilən 21 Azər adlı mərasimdə tutulmuşdu. Həmin vaxt ona 6 ay həbs cəzası verilmişdi». Səccad Radmehr də bir il əvvəl milli fəal olaraq təpkilərə məruz qalıb və hazırda İsveçrədə mühacirətdədir.  Azadlıq radiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar