İranda müharibə olarsa, internet kəsiləcək
İraq İranı ölkəyə narkatik keçirməkdə ittiham edir
Urmu gölünün xilası naminə Qoşaçayda çuğundur festivalına icazə verilməyəcək
Tehranda Ziya Göyalpın anadan olmasının 150 illiyi qeyd olunub
İranda daha səkkiz məhbus edam edildi
Ərdəbildə yanğın- 22 işçi zəhərləndi
Hindistanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir
ABŞ Yaxın Şərqdə hərbi gəmilərinin sayını 24-ə çatdıra bilər
ABŞ-ın dəniz blokadasından sonra İranın tankerlərdə saxladığı neft ehtiyatları tükənib – WSJ
Tramp: ABŞ yaxın vaxtlarda İranla bağlı “bu və ya digər şəkildə” nəticəyə gələcək
WSJ: İsrail İrana mümkün zərbələr üçün hədəflərin siyahısını Pit Heqsetə təqdim edib
Təbrizli fəal Mehrdad Qadiri həbs edilib
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha bir siyasi məhbusun edam hökmü təsdiqləndi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
HSBC-nin rəhbəri: Hörmüz boğazı qarşıdakı beş ildə əhəmiyyətini itirə bilər
Möhsün Rezayi: Nüvə materiallarının bir zərrəsi belə İrandan çıxarılmayacaq
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
Tramp administrasiyası 300 mindən çox ABŞ vizasını ləğv edib
İranda dollar yenidən bahalaşmağa başladı
Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə təsdiq edilib
Makron Körfəz bölgəsində Fransanın strateji mövqeyini gücləndirməyə çalışır
Netaniyahunun paylaşımını bəyənən təbrizli həbs edilib
Sistan və Bəlucistanda silahlı qarşıdurma- Ölənlər var
Şərqi Azərbaycanda təbiət abidəsi məhv edilib
İranda mediaya əzyiq- Daha bir dqəzet rəhbəri mühakimə olunub
"Əl-Əxbar": ABŞ nüvə obyektlərinə zərbələr endiriləcəyi ilə bağlı İrana son xəbərdarlıq edib
İranda mina partladı- Üç nəfər xəsarət aldı
İran aviasiyası iflic olub- Səbəb
WSJ: İranın hücumlarına baxmayaraq, Ərəb körfəzindən neft ixracı müharibədən əvvəlki səviyyəni ötüb
Rubio: Hörmüz boğazında gəmilərin hərəkəti və neft axını 80-100 faiz bərpa olunub
Dörd ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq sazişi imzalanacaq
FT: ABŞ və İsrailin İrana yeni zərbələr endirməsi “real ehtimallardan biridir”
Həmədanda iş qəzaları- 327 nəfər...
İranda hicaba görə daha üç iaşə obyekti bağlandı
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Tramp və Netanyahu arasında telefon danışığı: İranla bağlı “yarımçıq işi başa çatdırmaq” çağırışı
Sa’ar Əraqçiyə: Etirazçıları edam edən hakimiyyət indi Parisə azadlıq dərsi verir
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
GünAZTV-nin yaradıcısı Əhməd bəy Obalı “Millətçilik” qəzetinə müsahibə vermişdir.
O, öz həyatının amalını milli birlik uğrunda, istiqlaliyyət uğrunda mübarizədə görür. Bu yoldan onu sapındırmağa çalışanlar, ona böhtan atanlar da az deyil. Lakin o öz yolundan dönmür. Məhz bu mübarizliyi nəticəsində də xalqı üçün daha hansı işləri görməyin mümkünlüyünü fikirləşib hamının sevimlisinə çevrilmiş bir televiziya açdı. Güney Azərbaycan Televiziyası. Mərkəzi ofisi Amerikada yerləşən bu televiziya peyk vasitəsilə yayımlansa da özünə kifayət qədər tamaşaçı auditoriyası toplaya bilib.
O, bir Azərbaycan Türküdür və bununla da fəxr edir. Söhbət Əhməd bəy Obalıdan gedir. Biz onunla elə GünAZTV-nin ofisində görüşdük. Əslən Güneydən olan, lakin Çikaqoda yaşayan soydaşımızla müsahibənin Sizlər üçün də maraq doğuracağını nəzərə alıb diqqətinizə çatdırırıq.
- Əhməd bəy, Güney Azərbaycan Televiziyasının yaradılması kimin ideyası idi? Ümumiyyətlə, televiziyanın tarixinə bir nəzər salaq…
- Əvvəlcə onu bildirim ki, mən 1997-ci ildən Dünya Azərbaycanlıları Konqresində (DAK) iştirak etmişəm. 1998-ci ildə DAK idarə heyətinin üzvü, 1999-2000-ci illərdə isə DAK-ın İdarə Heyəti tərəfindən Beynəlxalq Əlaqələr şöbəsinin məsulu kimi çalışmışam. Bir neçə dil bildiyim üçün, bir də əlaqələrimin geniş olması səbəbindən 2001-2002-ci iilərdə BMT-nin İran üzrə məsuliyyətli nümayəndəsi idim. O zaman mən BMT-yə təqdim etmək üçün Güney Azərbaycan barəsində 600 səhifəyə yaxın şikayətlər, məktublar hazırlamışdım və İran tərəfindən bizə olan basqılar barədə məlumatlar verdim. Güney Azərbaycan barəsində ilk dəfə olaraq BMT-nin illik hesabatında özəl bölüm yazıldı və orada göstərildi ki, İranda azərbaycanlıların sayı farslardan çoxdur, azərbaycanlılar İran tərəfindən təzyiqlərə məruz qalırlar, öz ana dilində danışmağa icazə verilmir, ana dilində məktəb yoxdur, qəbirlərinin başdaşında belə öz ana dilində yaza bilmirlər. Biz şikayət etmək üçün BMT-dən yüksək səviyyə görmürdük. Bizim bundan yüksək görə biləcəyimiz iş də yox idi. Amma onların hər hansı addım atmağa səlahiyyətləri yoxdur. Mən başa düşdüm ki, biz enerjimizi yanlış yerə sərf edirik. Bizim millət özü öz taleyini həll etməlidir. Biz bunu çox müzakirə etdik. Sonda belə bir qərara gəldik ki, bu telekanal yaradılmalıdır. Bu yolda bizə daş atanlar da oldu. Amma biz öz işimizi gördük. Bizim məqsədimiz nəticə əldə etməkdir. Gəlin, Səttarxan inqilabına baxaq. Çox gözəl hərəkat idi, amma nəticəsi nə oldu? Səttarxan Qacar hakimiyyətini devirdi, qalib oldu. Amma ordunu verdilər erməni Yefremin əlinə, o da Azərbaycan türklərini soyqırım etdi.
Millət oyanmasa, nə istədiyini bilməsə, inqilab olsa da, o, məğlub olacaq. Millət özünü dərk etməlidir, bundan sonra inqilab olsa da, olmasa da biz qalib olacağıq. Televiziya bunun üçün lazım idi. Maarifləndirmə işi aparmaqla milləti oyatmaq lazımdır. Alimlər danışsın, jurnalistlər yazsın, diskussiyalar olsun, millət özü nəticə çıxaracaq. Biz ortaya hədəf qoymuşuq ki, hərtərəfli maarifləndirmə işini həyata keçirməliyik. Milli kimlik barədə maarifləndirmə işi aparmaq lazımdır. Qərb dünyasında jurnalist millətə deməməlidir ki, nəyi desin, nəyi deməsin. Onda o, jurnalist olmur. Jurnalist mövzunu təyin edir, millətin fikrini ora yönəldir, qoy, özləri nəticə çıxarsınlar. Jurnalizmin gücü ondadır ki, bizim millətimiz milli kimlik barədə, coğrafiyamız, tariximiz, ədəbiyyatımız, tarixi siyasətimiz barədə məlumatlı olmaqdadır. Biz bunu savadlı insanlar üçün nəzərdə tutmuruq, çünki onlar onsuz da savadlıdırlar, biz savadsızları maarifləndirmək istəyirik. Cəlil Məmmədquluzadənin, Mirzə Fətəli Axundovun qələbəsi ondadır ki, onlar problemləri xalqa xalqın dilində çatdırırdılar.
Bu ideya 2003-cü ildə ortaya qoyuldu, 2004-cü ildə telekanalı açdıq. Dekabr ayında 21 Azərdə Pişəvəri hərəkatının ildönümü idi - biz ilk təcrübəmizi etdik. Novruz bayramına rəsmi açılış etmək istəyirdik, amma alınmadı, aprel ayında rəsmi proqramla, 2005-ci il may ayında isə canlı veirilişlə efirə çıxdıq. Biz beş ildən sonra beş il bundan əvvəl qoyduğumuz hədəflərin demək olar ki, hamısına çatmışıq.
- Əhməd bəy, yəqin ki, Sizə qarşı problemlər yaradıldı. Ən çox da İran tərəfindən…
- Bir zamanlar fikirləşirdim ki, nəyə görə bir- birimizə maneçilik törədirik. Sonradan başa düşdüm ki, insanlar müxtəlif xarakterə, müxtəlif düşüncəyə malik olduqları üçün anlaşılmazlıqlar da olur, bilməməzliklər də olur. İnsanlarda qısqanclıq var. Eyni zamanda, fərqli düşüncəyə malik olmasaq, biz uduzarıq. Buna görə də öz içimizdən bizə maneçilik törətdilər. Bunun ziyanı da özünü onda göstərdi ki, biz efirə çıxmaqda 1 ilə yaxın yubandıq. Bundan başqa, İran tərəfindən də bizə maneçiliklər oldu. Əgər İran bizə müxalif olmasaydı, mən təəccüb edərdim. Bu da elə belə deyildi, çünki, biz İran, erməni məsələsi, PKK, hətta rusların da barəsində də açıq danışırıq. Məsələn biz, Qara Yanvarı yaradan Qorbaçovun əleyhinə veriliş verdik, bu, amerikanlıların xoşuna gəlmədi, amma biz məsələlərə öz prizmamızdan baxırıq. Bunun üçün də daş atanlar oldu. Amma biz bundan usanmırıq, qorxmuruq.
- Sizə qarşı hər hansı təxribatlar olubmu?
- Təxribatlar həmişə olub, olur və olacaq. Bizim bu haqda çox danışmağımız onları daha da ürəkləndirir. Fikirləşirlər ki, deyəsən bizə təsir edə bilirlər. Buna görə də əhəmiyyət vermirik. Bizə namus yamanı, böhtanlar atırlar, bizi “vətən xaini” adlandıracaqlar, o ölkəyə, bu ölkəyə bağlayacaqlar, daha sonra neyləyə bilərlər, terror edə bilərlər. Daha neyləyəcəklər ki?...
- Siz bir müddət bundan öncə açıqlama vermişdiniz ki, dünyanın başqa ölkələrində də telekanalın filialları açılacaq. Bu iş hansı istiqamətdə gedir?
- GünAZTV-nin həm işçisi yoxdur, həm də könüllülər həddindən atıq çoxdur. Güney Azərbaycanda bizim 100-lərlə könüllümüz var. Bəlkə də müxbir olsaydı, belə sürətlə xəbər verməzdi. Amma onlar məsuliyyət hiss edirlər. Könüllülər ordusu Avropada da, Amerikada da var. Burada saniyə söhbəti gedir. Könüllülər bəzən mobil telefondan xəbəri bizə göndərirlər. Bu yaxınlarda Hollandiyada yeni studiyamız açılacaq. Bütün xərcləri öz öhdələrinə götürürlər. Türkiyədə və Amerikada da bölmələrimiz hazırlanır. Rəsmi şəkildə ikidir, üç olacaq – Amerika, Azərbaycan, Hollandiya.
- Türkiyədə «Can Azərbaycan» televiziyası fəaliyyət göstərir. Onlarla işbirliyi qurmusunuzmu?
- Çox yaxşı. Cemal Mehmetxanoğlu bizim qardaşımızdır. Amsterdama gəlmişdi, görüşdük, söhbətlər etdik. Biz onlarla işbirilyi quracağıq. Mən arzu edərdim ki, belə telekanallar çox olsun. Biz də əlimizdən gələn bütün imkanlarımızla «CanazTV»-nin qulluğundayıq.
- Sizin mərkəzi ofisiniz Amerikadadır. Orada Sizə qarşı necə münasibət bəsləyirlər?
-Bilirsiniz, biz orada amerikalılar üçün proqram hazırlamırıq. Biz özümüzdən başlamalıyıq. Bütün verilişlərimiz Azərbaycan dilindədir. İngilis dilində verilişlər hazırlamırıq. Hələ biz özümüz oyanaq, sonra başqa dillərə də keçərik. Mən görürəm ki, keçən həftə Təbrizdə gedən proseslərdən hələ heç Bakıda heç kimin xəbəri yoxdur. Buna görə də hələ ki, verilişlər öz dilimizdə yayılacaq, sonrasına baxarıq.
- Əhməd bəy, Sizə bir siyasi sual ünvanlayım. Bir çox analitiklər İranın parçalanacağını proqnozlaşdırırlar. Sizcə, bu halda Güney Azərbaycanın hansısa bir proqramı varmı ki, bu proqram əsasında addım atsın, müstəqil dövlətini qura bilsin?
- Vaxtilə Sovet İmperiyası “Şeytan İmperatorluğu” adlanırdı. Siyasi baxımdan dünyanın bir çox məmləkətləri dildə deməsələr də, beyinlərində onun dağılmasını istəyirdilər. Dünyanın şəraitini nəzərə alanda İran məsələsi indikindən fərqlənirdi. Sovetlər dağılanda Qazaxıstan və ya Orta Asiya ölkələri, özləri istəməsələr də müstəqil oldular. Yəni şərait bunu yetişdirdi. Orada heç elə də dərin mübarizə aparılmadı. Azərbaycanda, Gürcüstanda, Baltik ölkələrində güclü mubarizə baş verdi, amma Orta Asiyada bu olmadı. Yəni, dünya Sovetlərin dağılmasının tərəfdarı deyildi, sistemin dəyişilməsinin tərəfdarı idi, amma bu dövlətin dağılmasını istəmirdilər. İndi də İran barəsində belə deyirlər. Deyirlər ki, İran dağılmasın. Çünki, beynəlxalq qanunlara əsasən, bir dövlət o biri dövlətin dağılmasını istəyə bilməz. Bu, BMT –nin beynəlxalq qanunlarına ziddir. Yəni, burada dövlətin coğrafi ərazisinin tanınmasından söhbət gedir. Bu baxımdan, İranın dağılmasını dildə heç kim istəmir. Amma bu dildədir. İndi gəlin görək, İranın dağılması bir dövlətin xeyrinədirsə, o bunu istəyəcək, ziyanınadırsa, istəməyəcək. İranın dağılması bir çox dövlətlərin ziyanına deyil, buna mane olmayacaqlar, amma təbliğ də etməyəcəklər. Qaldı ki, bizim hər hansı bir proqramımızın olub-olmamasına... Belə bir proqram yoxdur, bəlkə də bu baxımdan İranın tez dağılması bəlkə də bizə xeyir gətirməz. Bəlkə bir az zaman keçsə, bizə daha çox xeyirdir. Şəxsən mən bu prosesin bir neçə il uzanmasını istəyirəm. Bu, İranın tərəfdarlığı və ya rejimin tərəfdarlığı kimi başa düşülməməlidir, sadəcə biz buna hazır deyilik. Amma o biri tərəfdən dünyada gedən proseslərin qarşısında dura da bilmərik. Əgər İran dağılarsa, biz yenə də uduzmayacağıq. Biz udacağıq, amma itkimiz az olacaq.
- Əhməd bəy, Güneyin bəzi bölgələrində kürdlər məskunlaşdırılır. Onlar dağlardan enib Güney Azərbaycanda məskunlaşırlar. Güney Azərbaycandakı Sulduz, Urmiya şəhərlərində artıq onların məskunlaşması prosesi gücləndirilib. Bu, hansısa təhlükədən xəbər vermirmi?
- Mən Sizin nəyə işarə etdiyinizi anlayıram. Qırğın olarsa, PKK-çılardan daha çox ölən olacaq, nəinki bizdən. Onu da bilirlər. İran ordusunun yarısı azərbaycanlıdır. Orada barmaqsayı kürd var, İran ordusunda erməni yoxdur. Biz 1980-ci ildə şahid olduq ki, kürdlərin 20 min silahlısı Sulduz şəhərinə hücum edib şəhəri aldılar. Orada qırğın oldu. Amma 4 gündən sonra PKK-çılardan ölənlərin sayı azərbaycanlılardan qat- qat çox idi. İran ordusunda olan azərbaycanlılara icazə verilmirdi ki, onlar gəlib Sulduzda vuruşsunlar. Onlar hərbi paltarlarını çıxarıb mülki geyimdə Sulduza gəldilər və ordu yaradıb PKK-çılara qarşı vuruşdular. Buna görə də deyirəm ki, ordunun bir hissəsi bizə bəsdir. Mən həmişə PKK-çılarla danışanda bunu qeyd edirəm. Onlar deyirlər ki, 70 min ordu bazamız var. Mən də deyirəm ki, bütün ordunuz bizim bir Urmiya ordusunun qarşısında duruş gətirə bilməz. Çünki, indi zaman da dəyişib. Amma mən də bir azərbaycanlı kimi ola biləcək qırğınlardan narahatam.
- Siz elə fikirləşirsiniz ki, kritik dönəmdə İran hökuməti orduda xidmət edən azərbaycanlılarda silahın qalmasına imkan yaradacaq?
- Kim qoymayacaq ki? Ordu Azərbaycandadır. Azərbaycanlının qarşısında PKK-çı dura bilməz. Baxmayın, burada ermənilər rusun sayəsində hücum edib Qarabağı aldılar. Biz bunu təcrübə etmişik. Biz yalnız 1917-ci ildə qətliama məruz qaldıq. O zaman bizim ordumuz yox idi. İndi belə olmaz, inşallah. Həm də İranda azərbaycanlıların hansı məzhəbə, kimə qulluq etməsindən asılı olmayaraq (ola bilər ki, mollaçı olsun, irançı olsun, farsçı olsun fərq etməz) amma PKK məsələsində məhz mən deyəni deyəcək. Qaldı erməni məsələsinə. Azərbaycan Cümhuriyyəti var, Türkiyə Cümhuriyyəti var. Bir dəfə 1918-ci ildə Türkiyə köməyə gəldi, Urmiyanı ermənidən qurtardı. PKK-çıları da bir ara çox böyütmüşdülər. Türkiyə gəldi onları yerində oturtdu. Heç bir şey də edə bilmədilər. Bunun da şahidi olmuşuq.
- Məsələ ondadır ki, Türkiyənin indiki hakimiyyəti bu addımı atacaqmı?
- Türkiyənin indiki hakimiyyəti erməni ilə sərhəddin açılmasına artıq imza atmışdı. Amma nə oldu? Niyə tez-tez «bizi bağışlayın» deyir. Onlar içəridən qorxur, millətdən çəkinir. Ona görə də erməni ilə sərhəddi açmır. İndi mən sizə bir sual verim. Rus və Çinin qarşısında Amerika burada özünə müttəfiq dövlət istəsə, bunun zəif olmasını istəyər, yoxsa güclü dövlətin olmasını? Amma məntiq deyir ki, Amerikaya sərf edər ki, burada güclü Türk dövləti qurulub onun müttəfiqinə çevrilsin, nəinki zəif Türkiyə və ya Quzey Azərbaycan. Çünki, bəziləri bizi Qərblə üz-üzə qoymaq istəyirlər. Məsələn, İran istəyir ki, bizi Qərblə üz-üzə qoysun. Yəni bizim enerjimiz Qərblə mübarizəyə getsin. Azərbaycanın birləşməsinin qarşısını alan mənim düşmənimdir. Azərbaycanı müstəqil görmək istəməyən dövlət mənim düşmənimdir. Gərək biz imkan verməyək ki, bizim düşmənlərimiz bizim üçün düşmən təyin etsinlər. Heç mən Rusiyanı da özümüzə düşmən saymıram. Neftimizi alıb pulumuzu verir, bunun nəyi pisdir? Canbir qardaşımız Türkiyə bizdən qazı ucuz alıb baha satır… Əgər Orta Asiya və Azərbaycan (Turan birliyi nəzərdə tutulur - Pərviz Elay), Güney və Quzey birləşərsə, bunun kimə ziyanı var? Deməli, Orta Asiyanın Azərbaycanla birləşməsi Amerikanın deyil, Rusiyanın və Çinin ziyanınadır.
- Əhməd bəy, bu beş il ərzindəki fəaliyyətiniz Sizi qane edirmi?
- Bəli, edir. İmkanlarımızı nəzərə alsaq, edir. Bizə bu telekanal ona görə lazımdır ki, öz sözümüzü xalqa çatdıra bilək.
- Şəxsi təhlükəsizliyiniz barəsində düşünürsünüzmü?
- Azərbaycanda təhlükəsizlik xidməti var. İran da bəzilərinin fikirləşdiyi kimi bir o qədər güclü deyil. Biz bilirik ki, PKK terrorçuları da, erməni terrorçuları da var. Onlar nə iş görsələr də, hətta görməsələr də bu onların özlərinə ziyandır. İranda o qədər güclü kadrlarımız var ki, bu gün məni terrorla öldürsələr də, mənim əvəzimdə yüzlərlə Əhməd Obalılar ortaya çıxacaq. Mən buna əminəm.
Söhbətləşdi: PƏRVİZ ELAY,
Sevda Əsgərova
“Millətçilik” qəzeti 22 may 2010-cu il № 018 (084)
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda daha bir molla öldürüldü
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
SEPAH müxalif dəstə üzvlərini həbs edib
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
Həmədanda onlarla tələbə zəhərləndi
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
ABŞ İrana qarşı “bombaların anası”ndan istifadə etməyi nəzərdən keçirir – CNN