SON XƏBƏRLƏR

Azərbaycanda yüzlərlə yeni tarixi abidə aşkar edilib

2021.10.20, 07:36
Azərbaycanda yüzlərlə yeni tarixi abidə aşkar edilib

Gunaz.tv

GünAz TV: Azərbaycanda 3000-ə yaxın yeni aşkarlanmış tarixi abidə var. Bunu mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev deyib.

 

Onun sözlərinə görə, rəsmi siyahıda 7000-ə yaxın tarixi abidənin adı qeyd edilib. Ümumilikdə, Azərbaycanda 10 000-ə yaxın tarixi abidə var.

 

Nazir müavini bildirib ki, ölkədəki abidələrin arasında həm dünya, həm cümhuriyyət, həm də yerli əhəmiyyətli abidələr var.

 

Əliyevin sözlərinə görə, hazırda həmin tarixi abidələrlə bağlı uzunmüddətli – 2012-2020-ci illəri əhatə edən dövlət proqramının hazırlanması üzrə iş aparılır. Artıq proqramın layihəsi hazırdır. Layihə müvafiq nazirliklərlə razılaşdırıldıqdan sonra hökumətə təqdim ediləcək.

 

Əliyevin sözlərinə görə, hazırda proqramın ilbəil maliyyə mənbələrinin müəyyənləşdirilməsi üçün araşdırmalar aparılır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar