SON XƏBƏRLƏR

İrana yeni sanksiyalar tətbiq olundu

2021.10.20, 07:36
İrana yeni sanksiyalar tətbiq olundu

Gunaz.tv

GünAz TV: ABŞ  (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi dünən İranın İnqilab Keşikçiləri Qvardiyasıyla (SEPAH) əlaqəsi olan İranın mühəndislik şirkətlərinə sanksiyalar (təhrimlər) qoyub.

 

İran İslam Cümhuriyyəti Gəmiçilik təşkilatı ilə əlaqəsi olan fərdlər və gəmiçilik şirkətləri də sanksiyalara məruz qalıb. Bu barədə ANN.Az  “Reuters”-ə istinadən xəbər yayıb.

 

Sanksiya qoyulan şirkətlər arasında İran və Venesuelada filialları (nümayəndəgi) olan SADRA və “Deep Offshore Technology PJS” də var.

Sanksiyalar bu şirkətlərin aktivlərinin dondurulması və bu müəssisələrlə biznes həyata keçirən xarici şirkətlərin ABŞ-da olan hesablarına girişi itirmə riski ilə hədələyir. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar