SON XƏBƏRLƏR

Ermənilər Xankəndindəki hava limanını rəsmiləşdirməyə çalışırlar

2021.10.20, 07:36
Ermənilər Xankəndindəki hava limanını rəsmiləşdirməyə çalışırlar

Gunaz.tv

GünAz TV: Ermənilər Xankəndi hava limanına müvafiq sertifikat (quvahinamə) almaq istiqamətində fəaliyyət göstərirlər.

 

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın mülki aviasiya (havacılıq, həvanəvərdi) idarəsinin rəisi olduğu bildirilən Dmitri Adbaşyanın sözlərinə görə, rəhbərlik etdiyi qurum Xankəndi hava limanına müvafiq sertifikat (quvahinamə) almaq istiqamətində fəaliyyət göstərir və bununla bağlı işlərin yaxın 15-20 gün ərzində həllini tapacağı gözlənilir. Bu barədə SİA məlumat yayıb.

 

Qeyd edək ki, Xankəndi hava limanı (frudqah) ilə əlaqədar məsələ Azərbaycanın müvafiq orqanları tərəfindən də qaldırılmışdı. Hazırda mövcud sahədə ermənilərin qanunsuzluğunun isbatına yönələn işlər barədə ölkəmizin kütləvi informasiya vasitələrinə hər hansı məlumat yoxdur. Erməni saytlarının yaydığı bu xəbər müvafiq qurumlarımızın diqqətini də cəlb etməyə bilməz. Hazırkı şəraitdə Adbaşyanın hər bir hava limanı üçün zəruri saydığı sertifikatı haradan və necə alacağı diqqətdə saxlanılmalıdır ki, sonradan aradan qaldırılması bizim üçün çətin durum yarada biləcək hər hansı qanunsuzluğun qarşısı vaxtında alınsın.

 

Onu da deyək ki, erməni mediasında soyadı Atbaşyan kimi də göstərilən "rəis" Dmitri Xankəndi hava limanına argentinalı erməni əsilli xeyriyyəçi tərəfindən təyyarə hədiyyə edilməsindən danışıb. O, hava limanının uçuşlar üçün artıq tam hazır olduğunu və may-iyun aylarında istifadəyə veriləcəyini deyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar