SON XƏBƏRLƏR

Baş nazir Ərdoğan İranda Amerika ilə bağlı suala cavab verməkdən imtina edib

2021.10.20, 07:36
Baş nazir Ərdoğan İranda Amerika ilə bağlı suala cavab verməkdən imtina edib

Gunaz.tv

GünAz TV: İranda səfərdə olann Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan İranın prezident müavini Məhəmməd Rza Rahimi ilə birgə keçirdiyi mətbuat konfransında bəyan edib ki, dinc məqsədlər üçün nüvə texnologiyalarına malik olmaq hər bir dövlətin haqqıdır və buna heç kim mane ola bilməz. 

 

İRNA Agentliyinin yaydığı məlumata görə, keçirilən mətbuat konfransında baş nazir  Türkiyənin İstanbulda nüvə problemi ilə bağlı “beş üstəgəl bir” formatı üzrə danşıqların keçirilməsini təklif etdiyini deyib.  İran bu görüşə razılığını verib. “Biz hazırda Avropa ölkələrini bununla bağlı mövqeyini gözləyirik”.

 

Ərdoğanın mətbuat konfransında maraqlı məqam da diqqətdən qaçmayıb. Jurnalistlərin “Qərb ölkələrindən İran rəhbərliyinə hər hansı mesaj və təkliflər gətirmisinizmi?” sualını Türkiyənin Baş naziri cavalandırmaqdan imtina edib.  N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar