SON XƏBƏRLƏR

İrəvan Tehranın dəstəyinə ümid edir

2021.10.20, 07:36
İrəvan Tehranın dəstəyinə ümid edir

Gunaz.tv

GünAz TV: İranın beynəlxalq aləmdə sıxışdırıldığı bir vaxtda Ermənistan İranla münasibətləri daha yaxınlaşdırır. İran da buna qarşı deyil. Azərbaycanla o qədər də yaxşı münasibəti olmayan İran hakimiyyəti, düşmən Ermənistanla əvvəldən də yaxın olan əlaqələrini bir az da istiləşdirməkdə maraqlıdır.

Erməni siyasətçilərinin fikrincə, İranın Azərbaycanla münasibətləri yaxşı deyil. Azərbaycanın İsraildən aldığı 1.6 milyard dollar dəyərindəki silah Cənubi Qafqazda qüvələr nisbətinə dəyişiklik edib. Bu silahların alınması İran tərəfindən narazılıqla qarşılanıb. Həmin razılaşma nə Ermənistana, nə də İrana sərfəlidir.

 Digər tərəfdən, Türkiyənin İrana qarşı səthi jestlərinin şahidi olsaq da, aydın məsələdir ki, bu iki böyük dövlətin də arasında bəzi anlaşılmazlıqlar və toqquşan maraqlar var. Belə ki, hazırda İraq və Suriya ilə bağlı məsələrdə tərəflərin mövqeyi fərqlidir. İran, həm də Türkiyəyə qazı ən baha satan ölkədir. İran qazın qiymətini qaldırmaqla Türkiyənin qərarlarına təsir etmək istəyir. Göründüyü kimi, İran-Türkiyə münasibətləri də mehriban deyil.

 Ermənistanda İranın həm Azərbaycan, həm də Türkiyə ilə yaxşı olmayan münasibətlərindən daha çox faydalanmaq istəyir. Onlar İranla əlaqələri daha da yaxınlaşdırıb, bundan Azərbaycan və Türkiyəyə qarşı istifadə etmək niyyətindədirlər.

Məsələyə münasibət bildirən REAL hərəkatının həmsədri, politoloq (siyasi şərhçi) İlqar Məmmədov bildirdi ki, İrana tədbiq olunan sanksiyalar (təhrim) nüvə problemi ilə bağlıdır. Ermənistanın isə bu məsələdə çəkisi çox azdır. “Bu barədə dəqiq fikir söyləmək, hələ ki, mümkün deyil. İrana təzyiqlərin hər cür nəticəsi ola bilər. Lakin bu təzyiqlərin nə nəticə verəcəyini indidən söyləmək mümkün deyil. Təzyiqlər sərtləşərsə və ya İrana qarşı hərbi əməliyyatlar həyata keçirilərsə, İranın Ermənistana hər hansı məsələdə dəstək verməsi əhəmiyyətini itirir. Digər tərəfdən İran hazırda iqtisadi problemlərlə də üzləşib. Getdikcə bu problemlər daha ciddiləşir və öz həllini gözləyir. Belə bir vəziyyətdə İranın kimisə dəstək verəcəyi inandırıcı görünmür. Bu, isə Ermənistanın İranın dəstəyindən Azərbaycan və Türkiyəyə qarşı istifadə etməsini mənasız edir». Üç nöqtə

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar