SON XƏBƏRLƏR

Amerika məhkəməsi terror aktına görə Tehrandan 44,6 milyon dollar tələb edir

2021.10.20, 07:36
Amerika məhkəməsi terror aktına görə Tehrandan 44,6 milyon dollar tələb edir

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları)  Federal Məhkəməsi İranı 44,6 milyon dollar məbləğində cərimələyib.

 

Bu məbləğ 1983-ci ildə Livan (Lübnan) paytaxtı Beyrutda amerikalı dəniz piyadalara qarşı keçirilən terror aksiyasında zərərçəkənərə ödəniləcək. Bu barədə Teleqraf.az «Assoşieyted Pres»-ə istinadən xəbər yayıb.

 

Məhkəmənin hakimi Royas Lambertin fikrincə,Tehran hakimiyyətinin gerçəkləşdirdiyi bu terakt nəticəsində 241 amerikalı hərbçi həlak olub.

 

Hakim Tehran hakimiyyətindən nəzərdə tutulan məbləği alacaqlarına inandığını söyləyib. İran tərəfi hələlik məhkəmənin qərarına münasibət bildirməyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar