SON XƏBƏRLƏR

Amerikadan İrana növbəti sanksiya…

2021.10.20, 07:36
Amerikadan İrana növbəti sanksiya…

Gunaz.tv

GünAz TV: ABŞ (Amerika Birləşmiş Ştatları) Maliyyə Nazirliyi martın (March) 27-də Orta Şərq və Afrika ölkələrinə qanunsuz silah qaçaqmalçılığında günahlandırılan 2 İran şirkətinə və “Sepah”ın “Qüds” qanadının 3 üzvünə sanksiya (təhrim) qoyub.

 

GünAz TV mətbuat mərkəzinin “Media forum”a istinadən yaydığı məlumata görə, ABŞ Maliyyə Nazirliyinin sanksiyasına məruz qoyulan şirkətlər İranın “Yas” aviasiya (havacılıq, həvanəvərdi) yük təyyarələri şirkəti, “Behine” gəmiçilik şirkəti, “Sepah”ın “Qüds” qanadının üzvləri isə İsmayıl Qəni, Seyid Əli Əkbər Təbatəbayi və Hüseyn (Əzim) Ağacanidir.

 

ABŞ maliyyə nazirinin maliyyə informasiyası və terrorizm üzrə müavini Devid Kohen jurnalistlərə açıqlamasında İrana qarşı yeni sanksiyalardan danışıb: “İran hökuməti öz mütəxəssisləri vasitəsilə Suriya və Afrikadakı zorakılıqları şiddətləndirməyə çalışır, bu ölkələrə silah və hərbi sursat göndərir. Biz bu kimi fəaliyyətlərlə məşğul olan İran rəsmiləri və şirkətlərinin adlarının ifşasını davam etdirəcəyik”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar