SON XƏBƏRLƏR

İran buğda idxalını sürətləndirib

2021.10.20, 07:36
İran buğda idxalını sürətləndirib

Gunaz.tv

GünAz TV: Rəsmi Tehran sanksiyaların (təhrimlərin) sərtləşməsi və ya hərbi gərginlik ehtimalına qarşı ərzaq ehtiyatı yığmağa başlayıb.

ötən bir neçə ay ərzində İran ABŞ (Amerika Birləşmiş Ştatları), Avstraliya, Braziliya və Qazaxıstandan buğda satın alıb. Eyni zamanda, böyük miqdarda alış üçün Hindistan tərəfi ilə danışıqlar aparır. Bu barədə “Mərkəz” Amerika mətbuatına istinadən xəbər yayıb.

Corctaun Universitetindən Paul Sallivan yağışların az olması səbəbiylə buğda idxalının İran üçün böhranlı əhəmiyyət daşıdığını ifadə edib və bildirib ki, İranda məhsul yığımı mayda başlayacaq.

İran cari ilki buğda alışları ilə son dörd ilin rekordunu qıra bilər. Qeyd edək ki, beynəlxalq bazarlarda buğdanın qiyməti 6.5 dollar səviyyəsindər. Qiymətlər keçən il 9 dollarla rekord səviyyəyə çatmışdı.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar