SON XƏBƏRLƏR

Şuşanın işğal günü ermənilər parad (rejə) keçirəcək

2021.10.20, 07:36
Şuşanın işğal günü ermənilər parad (rejə) keçirəcək

Gunaz.tv

GünAz TV: Şuşanın işğalı günü Ermənistan silahlı qüvvələri Xankəndində hərbi parad (rejə) keçirəcəklər.

Hərbi parad Qarabağın müdafiə ordusunun yaradılmasının 20 illiyinə və Şuşanın “azad” edilməsinə həsr olunacaq. Bu barədə “Qafqazinfo” erməni mediasına istinadən xəbər yayıb.

Qondarma Dağlıq Qarabağ Cümhuriyyəti müdafiə ordusunun informasiya və təbliğat bölməsinin rəhbəri Senor Asratyanın sözlərinə görə, hərbi parad möhtəşəm olacaq. Bu paradın imkanlarına və avadanlıqlarına (təchizat) görə əvvəlki üç paradı üstələyəcəyini qeyd edib. Paradda müxtəlif növ silahlar nümayiş olunacaq. Eyni zamanda Senor digər məqamları gizli saxlayaraq bunun cəmiyyət üçün sürpriz olaraq qalmasını istədiyini deyib.

 Paradda nə qədər hərbi qulluqçunun iştirak edəcəyinə isə açıqlama verməyib: “Ancaq onu deyə bilərəm ki, paradda erməni xalqının bir hissəsi iştirak edəcək, sadəcə olaraq yarısı müşahidəçi qismində, yerdə qalanları isə iştirakçı kimi çıxış edəcək”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar