SON XƏBƏRLƏR

Azərbaycan İsraildən 1 milyard 600 milyon dollarlıq əsgəri muhimmat satın aldı.

2021.10.20, 07:36
Azərbaycan İsraildən 1 milyard 600 milyon dollarlıq əsgəri muhimmat satın aldı.

Gunaz.tv

Azərbaycan İsraildən 1 milyard 600 milyon dollarlıq əsgəri sursat satın aldı.

GünazTV: Torpaqlarının yüzdə iyirmisi Ermənilərin işğalı altında olan Azərbaycan, silahlı qüvvətlərini çağın və elmin gərəklərinə görə təzələyir.

Bu çərçivədə Azərbaycan İsraildən 1 milyard 600 milyon dollarlıq əsgəri muhimmat  aldığı bilinibdir.

Açıqlama, Stockholm Beynəlxalq Barış Araşdırmaları İnstitutundan gəldi.

2011-ci ildə imzalanan razılaşmağa görə; İsrail, Azərbaycana bir ədəd - barack 8 tipi raket sistemi və 75 raketini satdı.

Razılaşma çərçivəsində Azərbaycan, ordusunu Green Pine radar sistemi, gəmi hücumunda istifadə edilən qanadlı raketler və 10 ədəd insansız hava uçaqlarıyla qüvvətləndirdi.

Türkiyə, Rusiya, Amerika Birləşmiş Dövlətləri və Cənub Afrika, Azərbaycanın silah razılaşması imzaladığı digər ölkələrdir.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar