SON XƏBƏRLƏR

Ermənistan nə etməyə çalışır?

2021.10.20, 07:36
Ermənistan nə etməyə çalışır?

Gunaz.tv

Ermənistan nə etməyə çalışır?

GünazTV: Ermənistan işğal altında tutduğu Dağlıq Qarabağın rəsmi olaraq tanınması üçün Böyük Okyanusdakı kiçik bir ada dövləti olan Tuvalu ilə diplomatik əlaqə yaratdı.

Tuvalu, Abhazya və Cənub Osetiyanı keçən il pul qarşılığında rəsmi olaraq tanımışdı.

Erivan rəhbərliyi 24 Aprel yaxınlaşması səbəbiylə bir tərəfdən soyqırım iddialarını bir çox ölkədə yenidən gündəmə gətirməyə məşğul olarkən, digər tərəfdən də işğal altında tutduğu Dağlıq Qarabağla əlaqədar Qafqazda barış müddətini mənfi istiqamətdə təsir edəcək addımlarına bir yenisini əlavə etdi.

Ermənistan, Dağlıq Qarabağın mövcud vəziyyətinin, "müstəqil bir ölkə" olaraq tanınmasının önünü açmaq üçün Pasifikdəki kiçik ada dövləti Tavalu ilə diplomatik əlaqə yaratdı.

Ermənistan ilə Tavalu arasında qarşılıqlı diplomatik əlaqə yaradılmasına dair protokolun 16 Martda iki ölkənin Birləşmiş Millətlər (BM) daimi nümayəndələrin tərəfindən BMdə imzalandığı ortaya çıxdı.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar