SON XƏBƏRLƏR

Şam Rəhbərliyi Annanın Planını Qəbul Etti

2021.10.20, 07:36
Şam Rəhbərliyi Annanın Planını Qəbul Etti

Gunaz.tv

Şam Rəhbərliyi Annanın Planını Qəbul Etti

GünazTV:Suriye,BM Xüsusi Nümayəndəsi Annanın planını qəbul etdi. Suriyada şiddət və qarşıdurmalar sürərkən barış səyləri də davam edir.

 Şam Rəhbərliyinin Annanın şiddəti bitirməyə istiqamətli 6 maddəlik planını qəbul etdiyi açıqlandı.

Kofu Annan, bu addımın əhəmiyyətli olduğunu, ancaq əsl əhəmiyyətli olanın tətbiq olduğunu söylədi.

Annanın 6 maddəlik planında şiddətin dayanması, gündə 2 saat insanı kömək edilməsinə icazə verilməsi, hökumətin əsgərlərini şəhərlərdən çəkməsi kimi ünsürlər iştirak edərkən Əsədin istefa verməsinə istiqamətli bir tələb görünmür.

Kofu Annan, Moskvada və Pekində etdiyi görüşmələrdə planına dəstək almağı bacarmışdı.

Rusiya, bu planın Suriyadakı vətəndaş müharibəsini bitirmək üçün son şans ola biləcəyini ifadə edərkən Çin Suriyadakı bütün tərəfləri Annanın harayçılıq səylərinə dəstək olmağa çağırdı.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar