SON XƏBƏRLƏR

Azərbaycanlı fəalların saxlanılma müddəti uzadılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəalların saxlanılma müddəti uzadılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı fəalların saxlanılma müdddəti hakim Haşimzadənin qərarı əsasında daha 2 ay uzadılıb.

 

Təbrizin inqilab məhkəməsinin qərarı dünən elan olunub.

 

Saxlanılma müddətləri uzadılan azərbaycanlı fəallar Ruzbeh Səadəti, Məhəmməd Əhədi və Əfşin Şəhbazi Təbriz universitetinin öyrənciləridirlər. Yeni qərarda azərbaycanlı fəal, yazıçı və şair İbrahim Rəşidinin də adı var.

 

Qeyd edək ki, Əfşin Şəhbazi və İbrahim Rəşidi Təbrizdə 2012-ci il yanvarın 23-də (1390-cı il bəhmənin 3-də), Ruzbeh Səadəti və Məhəmməd Əhədi isə 2012-ci il yanvarın 24-də (1390-cı il bəhmənin 4-də) ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıblar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar