SON XƏBƏRLƏR

Suriya ordusu Livan (Lübnan) sərhədini keçib

2021.10.20, 07:36
Suriya ordusu Livan (Lübnan) sərhədini keçib

Gunaz.tv

GünAz TV: Çərşənbə axşamı Suriya ordusu Livan (Lübnan) sərhədini keçərək müxalifətin silahlı dəstələri ilə döyüşlərə başlayıb.

Bu barədə  Trend  TRT Haber telekanalına istinadən məlumat verir.

Suriyada hökumət əleyhinə çıxışlar artıq bir ildən çoxdur davam edir. Son aylar bu çıxışlar amansız silahlı toqquşmalara çevrilib.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) məlumatına görə, ölkədə qurbanların ümumi sayı 8 min nəfərə çatıb. Öz növbəsində, Suriya hakimiyyəti bəyan edir ki, toqquşmalarda 2 mindən çox hərbi qulluqçu və hüquq-mühafizə orqanı əməkdaşı həlak olub. Onlara qarşı yaxşı silahlanmış yaraqlılar mübarizə aparırlar. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar