SON XƏBƏRLƏR

İsrail BMT-nin insan haqları şurası ilə əlaqələri kəsdi

2021.10.20, 07:36
İsrail BMT-nin insan haqları şurası ilə əlaqələri kəsdi

Gunaz.tv

GünAz TV: İsrail BMT (Birləşmiş Millətlər Təşkilatı) İnsan Haqları Şurasıyla əlaqələrini kəsdiyini açıqlayıb.

 

 İsrail Xarici İşlər Nazirliyinin sözçüsü şuranın yəhudi yaşayış məskənləri ilə bağlı araşdırma aparmaq üçün bölgəyə qrup göndərmək haqda qərarını qınayıb.

 

 Açıqlamada bildirilib ki, İsrail BMT İnsan Haqları Şurasının Qərbi Şəriaya təhqiqat qrupu göndərməsinə icazə verməyəcək. Şura isə İsrailin qərarından üzüntü duyduğunu bəyan edib.

 

 Qeyd edək ki, keçən həftə Fələstinin təklifiylə beynəlxalq təhqiqat qrupunun Qərbi Şəriaya göndərilməsi haqda qərar qəbul edilib. Səsvermədə İnsan Haqları Şurasının 47 üzvündən 36-sı qərarın lehinə səs verib. ABŞ (Amerika Birləşmiş Ştatları) isə İsrailin mövqeyini dəstəkləyib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar