SON XƏBƏRLƏR

Türkiyənin Azərbaycandakı səfiri TAİB-in təsisçisi ilə görüşüb - FOTO

2022.11.02, 11:05
Türkiyənin Azərbaycandakı səfiri TAİB-in təsisçisi ilə görüşüb - FOTO

Gunaz.tv

Türkiyə Səfirliyində keçirilən görüşdə Ramin Əhmədov səmimi qarşılanmaya görə cənab səfirə təşəkkürünü bildirib, qardaş ölkənin səfirliyində olmaqdan məmnunluq hissi keçirdiyini deyib. 

Görüşdə Türk Ağsaqqalları Birliyi - TAİB-in fəaliyyəti, həyata keçirilmiş layihələr və qarşıdakı planlar barədə Cahid Bağcıya ətraflı məlumat verib.

fS8HJC0.jpg

Söhbət əsnasında TAİB-lə Türkiyə Səfirliyi arasında əməkdaşlıq imkanları və TAİB İdarə Heyətinin üzvləri ilə görüşün keçirilməsi də nəzərdən keçirilib.

Görüşdə TAİB-in İcra Aparatının rəhbəri Nicat Dağlar və TAİB sədrinin xarici əlaqələr üzrə müavini Elnur Eltürk də iştirak edib.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar