SON XƏBƏRLƏR

ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə xəbərdarlıq edib

2022.11.04, 18:57
ABŞ səfirliyi Ermənistandakı həmvətənlərinə xəbərdarlıq edib

Gunaz.tv

Məlumata görə, xəbərdarlığa səbəb toqquşma və iğtişaşlar təhlükəsidir.

Səfirlik bildirir ki, nümayişlər gözlənilməz ola bilər.

"Hətta dinc xarakter daşıyan nümayişlər qarşıdurmaya və zorakı hərəkətlərə çevrilə bilər. Ərazidən qaçın, yeniliklər barədə yerli medianı yoxlayın, izdihamdan və nümayişlərdən qaçın. Dostlarınızı və ailənizi xəbərdar edin”, - diplomatik nümayəndəlikdən bildiriblər.

Xatırladaq ki, noyabrın 5-də müxalifət Fransa meydanında mitinq keçirəcək.

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar