SON XƏBƏRLƏR

"Altılıq" İranın təklifini rədd edib

2021.10.20, 07:36
"Altılıq" İranın təklifini rədd edib

Gunaz.tv

GünAz TV: İranın nüvə proqramı ilə bağlı problemin həllində vasitəçi olan «altılıq» üzvlərilə Tehran arasında növbəti danışıqlar aprelin 13-də aparılacaq.

 

Milli.Az-ın məlumatına görə, bu haqda «Associated Press»ə diplomatik mənbələrdən məlum olub. Mənbə deyib ki, görüşün harada keçiriləcəyi məlum deyil: «ABŞ (Amerika Birləşmiş Ştatları), Rusiya, Böyük Britaniya, Almaniya, Çin və Fransadan ibarət «altılıq» İranın görüşün İstanbulda keçirilməsinə dair təklifini rədd edib».

 

Xatırladaq ki, tərəflər 14 ay əvvəl İstanbulda bir araya gəlsələr də, görüş nəticəsiz başa çatmışdı. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar