SON XƏBƏRLƏR

Özgürlük üçün özünü yandırdı

2021.10.20, 07:36
Özgürlük üçün özünü yandırdı

Gunaz.tv

Özgürlük üçün özünü yandırdı

 GünazTV:Çin Dövlət Başçısı Hu Jintaonun ziyarəti əvvəlində Hindistanda sürgündə yaşayan Tibetliler, etiraz nümayişləri təşkil etdi, Protesto nümayişində bir nəfər özünü yandırdı,Digər nümayişçilər, gənci paltolarıyla söndürməyə çalışdı.

Xəstəxanaya qaldırılan gəncin bədəninin böyük hissəsinin yandığı, vəziyyətinin ağır olduğu bildirildi.Yeni Dehlidə keçən Noyabr ayında da bir Tibetli özünü atəşə vermiş və yaralanmışdı.

Tibetin Çin torpağı olmadığına bağlı şüarlar atan nümayişçilər, Çindəki təzyiq və insan haqqları pozuntularını qınadı.

Çinin Tibet muxtarlıq Bölgəsində son 1 il içində aralarında Budist rahiblərin də olduğu 29 nəfər, Pekinin təzyiqlərini etiraz məqsədiylə özünü atəşə vermişdi.

Çin Dövlət Başçısı Hu Jintao, Braziliya, Hindistan, Çin, Rusiya və Cənub Afrikadan ibarət olan BRICS Zirvəsi üçün cümə axşamı günü Yeni Dehliyə gedəcək.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar