SON XƏBƏRLƏR

Suriyada gərginlik davam edir: “Daha 54 nəfər öldürülüb”

2021.10.20, 07:36
Suriyada gərginlik davam edir: “Daha 54 nəfər öldürülüb”

Gunaz.tv

GünAz TV: Yerli Koordinasiya (həmahəngi) Komitəsindən verilən məlumata görə, ötən gün təhlükəsizlik qüvvələri ilə üsyançılar arasında baş vermiş toqquşmada azı 54 nəfər öldürülüb.

 

Onlardan 45-nin Homs və İdlib şəhərlərində gedən döyüşlər zamanı öldürüldüyü bildirilir. Müxalifət fəalları, eyni zamanda, paytaxt Dəməşqdə qızğın döyüşlərin getdiyini xəbər verib.

 

Suriyanın Türkiyə ilə sərhəd bölgəsində yerləşən Hələbin Azez bölgəsinə isə Suriya ordusuna məxsus helikopterlər havadan zərbələr endiriblər.

 

Suriya Müsəlman Qardaşlığı qrupunun nümayəndəsi Məhəmməd Fəruq Tayfur Türkiyənin İstanbul şəhərində keçirilən mətbuat konfransı zamanı Suriya Milli Şurasına dəstəyini ifadə edib. Tayfur bildirib ki, Suriya Milli Şurası xalqın etibar edə biləcəyi yeganə qurumdur və bu qurum xalqı müdafiə etməyə davam etməlidir.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar