SON XƏBƏRLƏR

Prezident Obama: "İranın çox az vaxtı qalıb"

2021.10.20, 07:36
Prezident Obama: "İranın çox az vaxtı qalıb"

Gunaz.tv

GünAz TV: ABŞ-ın (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətdən çıxmaq üçün Tehranın çox az vaxtı qaldığına dair xəbərdarlıq edib.

 

ABŞ-ın (Amerika Birləşmiş Ştatları) prezidenti Barak Obama İranın nüvə proqramı ilə bağlı çıxılmaz vəziyyətdən çıxmaq üçün Tehranın çox az vaxtı qaldığına dair xəbərdarlıq edib. "Bunu diplomatik yolla həll etmək üçün vaxt var, amma vaxt çox azdır. İran bütün ciddiliyi ilə vəziyyətin tələb etdiyi cəldliklə hərəkət etməlidir" - Barak Obama Cənubi Koreyanın paytaxtı Seulda nüvə sammiti (zirvə görüş) ərəfəsində tələbələr qarşısında çıxışında belə deyib.

 

Barak Obama həmçinin bildirib ki, liderləri ilə təkbətək görüşəcəyi Rusiya və Çinlə birlikdə İranın öz öhdəliklərini yerinə yetirməli olduğu qətnamə üzərində işləyirlər.

 

Tehran öz nüvə proqramının sırf dinc məqsədlərə xidmət etdiyini bəyan edir, Qərb isə İranın nüvə silahı hazırladığını iddia edərək, onu öz nüvə fəaliyyətindən imtina etməyə çağırır. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar