SON XƏBƏRLƏR

Suriyada itkin düşən türk jurnalistlərin İran kəşfiyyatının əlində olduğu bildirilir

2021.10.20, 07:36
Suriyada itkin düşən türk jurnalistlərin İran kəşfiyyatının əlində olduğu bildirilir

Gunaz.tv

GünAz TV: Jurnalistlərin Türkiyədə yaşayan iranlı müxalifətçilərlə dəyişdiriləcəyi iddia olunur.

GünAz TV mətbuat mərkəzinin İTV-yə istinadən yaydığı məlumata görə, Suriyada bir müddət əvvəl itkin düşən türkiyəli iki jurnalistin bu ölkədə təsir gücünə malik İran kəşfiyyatçılarının nəzarətində olduğu bildirilir.

Məlumata görə, jurnalistləri nəzarətdə saxlayan şəxslər onlardan Türkiyəyə qarşı sövdələşmə vasitəsi kimi istifadə etməyə hazırlaşır. Belə ki,  jurnalistlərin Türkiyədə yaşadığı iddia olunan iranlı müxalifətçilərlə mübadiləsinin tələb olunacağı bildirilir. N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar