Trampın yeni qərarı ilə Livan ABŞ-a bir addım da yaxınlaşdı
Speedtest İrana “Mövcud deyil” dedi; İran qlobal internet reytinqindən çıxarıldı
Pentaqon rəhbəri İranı onqat sərt cavabla hədələyib
Neftin qiyməti 91 dolları keçdi
Britaniya da bazalarını ABŞ ordusuna açdı
Tramp: ABŞ yaxın vaxtlarda İranın Külüng Dağı bölgəsinə güclü zərbə endirəcək
Tramp: İran danışıqlara çarəsiz şəkildə can atır
Tramp etirazçıların edamına görə İran rəhbərliyini “vəhşi” adlandırdı
Bolqarıstan ABŞ ordusuna bazalarını açdı
Almatı və Təbriz qardaş şəhərlər elan olunacaq
Azərbaycan və Almaniya arasında strateji tərəfdaşlıq üzrə Birgə Bəyannamə imzalanıb
İranda dolların bu günə olan məzənnəsi
İran iqtisadiyyatı investisiya çatışmazlığı yaşayır
İran iqtisadçıları xəbərdarlıq edir: ABŞ-la yeni münaqişə iqtisadi böhranı daha da dərinləşdirə bilər
İranda bəhailərə təzyiq davam edir
Əraqçinin müsahibəsi İranda mühafizəkarların tənqidinə səbəb olub
İranda benzinin bahalaşdırılması müzakirə olunur, parlament nümayəndəsi xəbərdarlıq edib
Vaşinqton SEPAH-ı məhv etməlidir - Con Bolton:
Livan qoşunları İsraillə razılaşma çərçivəsində ölkənin bəzi rayonlarında yerləşməyə başlayıb
İranda hərbçilər etiraz aksiyası keçirdilər
İran: ABŞ zərbələri Xark və Qeşm adaları ilə rabitəni kəsib
Yaşar Həsənpur beş aydır məhkəmə qərarı olmadan həbsdə saxlanılır
Güney Azərbaycanın tanınmış aşığı Əli Yekanlının dəfn mərasimi keçirilib
İranda danışıqlara qarşı daxili parçalanma var
Qətər və Pakistan İran-ABŞ diplomatiyasını bərpa etməyə çalışır
SEPAH Bəhreyndə "Amazon"un infrastrukturuna zərbə endirdiyini açıqlayıb
Qətər husilərin Səudiyyə Ərəbistanına qarşı ittihamlarını pisləyib
SEPAH Hörmüz boğazında iki neft tankerini hədəfə alıb
WSJ: İsrail hesab edir ki, İran sentrifuqaları Külüng dağındakı tunellərə köçürüb
İran qəzeti: Hörmüz və Bab əl-Məndəb boğazlarının uzunmüddətli bağlanması İranın özünə zərər verər
ِÜç şəhərdə daha 6 məhbus edam edildi
Müəllimlər Tehranda etiraz aksiyası keçirdilər
İran həbsxanalarında yenidən aclıq aksiyası başladı
İrana qarşı dağıdıcı zərbələr davam edəcək - ABŞ rəsmisi
Bəndər-Abbas və Qeşm adasına zərbələr endirilib
Onlarla ABŞ yanacaqdaşıyan hərbi təyyarəsi Yaxın Şərqə göndərildi
ABŞ vətəndaşlarına: İranı dərhal tərk edin
Tramp: İran hər öldürülən ABŞ əsgərinə görə “qat-qat artıq” cavab verəcək
İran dövlət televiziyası: İranın mərkəzində sənaye obyekti hücuma məruz qalıb
Şirazın şimal-qərbində partlayış səsi eşidilib, hava zərbəsi barədə məlumat yayılıb
Təbrizdə bir hərbçinin öldüyü təsdiqləndi
ABŞ ordusunun itkiləri artdı
İran Bəhreynin mülki infrastrukturunu hədəfə alıb
Yazır ki, Avropanın müxtəlif ölkələrindən hər gün bir neçə reyslə İran neftindən öz payını almağa gələn iş adamlarına həmin ölkələrin təyyarə limanlarında o ölkədə təhsil alan iranlı tələbələr tərəfindən vərəqələr paylanır. Bu vərəqələr İrandakı sərt rejim, insan haqlarının pozulması, insanların heç nə üstündə öldürülməsi, həbsə atılması haqqında faktlarla dolu idi.
Lakin heç bir iş adamına və bütövlükdə Avropaya bu maraqlı deyildi. Çünki ortada İran nefti amili vardı və hər bir ölkə şahın dayaz ağlından istifadə edib daha çox pay qoparmağa çalışırdı. İranda hər gün onlarla şəxs dar ağacına çəkilirdi, qocaman Avropa üçün isə bu “çörək ağacı” idi.
Bizim İran adlanan ölkədə gedən proseslərə baxışımız həmişəki kimi, orada haqqı-hüququ pozulan qardaşlarımız və Güney Azərbaycanın istiqlalı bucağındandır. (Bu arada, “İran adlanan ölkə” ifadəsini niyə işlətdiyimizi soruşan dostlara ən sadə cavab, uzun illər işlətdiyimiz “Qondarma DQR” ifadəsini xatırlatmaq olacaq.)
Bu yazı son aylardakı prosesləri açıqlamaq üçün deyil. Mən də digər dostlarım kimi düşünürəm ki, bu barədə məsələyə illərdir bələd olan, prosesləri dərindən izləyən insanlar danışmalıdır.
Bu insanların əslən Güney Azərbaycandan olması da arzu ediləndir. Çünki oradakı soydaşlarımızın öz içlərindən çıxmış, illərdir mübarizənin içində olmuş insanların verdiyi mesajlara ehtiyacı var.
O taydakı proseslərdən danışan adam, yumşaq desək “bəsic”lə “bəluc”un fərqini bilməlidir ən azından.
Güney Azərbaycanda illərdir tək ideya olub- İstiqlal! Bu ideya uğrunda minlərlə soydaşımız dar ağacına çəkilib, minlərlə azərbaycan türkü zindana atılıb.
Amma heç zaman bu ideyadan kənar bir fikir xalq tərəfindən qəbul edilməyib. Belə olduğu halda fars şovinizmi azərbaycanlıların öz içindən tapıb çıxardığı “irançılar”ı sahəyə salıb, onlara təşkilat qurdurub, şərait yaradıb, min bir yolla istiqlalçılara mane olmağa çalışıb.
Zaman- zaman fərqli donlara girən “irançı”lar, bəzən gizli, bəzən açıq fəaliyyət göstərib, ayrı-ayrı partiyalarda birləşib, xalqın illərdən bəri davam edən dirənişini hansısa formada qırmağa çalışıblar.
Güney Azərbaycanda bu gün ən çox səslənən şüarın “Azadlıq! Ədalət! Milli Hökumət!” olduğunu nəzərə alsaq, görərik ki, xalqı istiqlal yolundan döndərmək istəyənlər heç nəyə nail ola bilməyiblər. Güney Azərbaycan öz istiqlalını tələb edir.
Bu dəfə dünyadakı bütün Azərbaycanlıların dövləti- Azərbaycan Respublikası da tam təşəkkül bu mübarizənin yanındadır. Tarixdə heç bir vaxt qüzeydən güneyə bu qədər geniş miqyaslı dəstək olmayıb. Bu çox gözəldir.
Televiziyalar, radiolar, qəzetlər, saytlar bir nöqtəyə vurur, “Cənublu qardaşlarımızın yanındayıq”, “Soydaşlarımıza qarşı aparılan siyasət durdurulmalıdır” tipli bəyənatlar artıq geridə qalıb. Biz indi İranı birbaşa dövlət televiziyasının efirindən öz adı ilə çağırırıq.
Terrora dəstək verən, narkoticarətlə dövlət səviyyəsində məşğul olan bu ölkənin “islam” bayrağı və din pərdəsi altında Ermənistanla nə oyun və oynaşlardan çıxdığı açıq şəkildə deyilir və göstərilir.
Bütün bunların fonunda televiziyalarda gedən verilişlərdə mövzu ilə bağlı ekspert çatışmazlığı ucbatından təsadüfi adamların da efirdə görünməsi başadüşüləndir.
Heç kəsə məlum olmayan “fakt”lardan, rəqəmlərdən danışmaqla proqnoz verən adamları çox da ziyanlı saymaq olmaz. Bu məsələlər yəqin ki, lazımi qurumlar tərəfindən tənzimlənəcək. Əsas məsələ başqadır.
İllər ərzində fars şovinizmi təkcə dövlətin içindəki istiqlalçılarla yox, mühacirətdəkilərlə də mübarizə aparılması üçün xeyli işlər görüb. İrandan kənarda xeyli “irançı”lar yerləşdirilib. İndi bizə “əslən güney azərbaycanlı fəal” adı ilə təqdim edilənlərin içində belələri az deyil.
Bunların tələm tələsik hansısa bəzəkli adlarla təşkilatlarda birləşdirilməsi, ictimaiyyətə təqdim edilməsi bir tərəfdən Güney Azərbaycandakı proseslərə dəstək kimi görünsə də, digər tərəfdən sonda ümumi prosesə zərər vura biləcəyi ehtimalı da az deyil.
Keçən günlərdə Ankarada tələsik yaradılmış bir təşkilatın Bakı səfərinə şahid olduq. Düzünə qalsa, adamlar özləri-özlərini “ələ verdilər”. Yoxsa biz, onların kimliyi və hardan –haraya gəldiklərini araşdırmaqçün vaxt sərf edəsi deyildik. “Güneylə bağlı onlarla təşkilat var, bu da onlardan biri” düşünüb keçəcəkdik.
Güneyli qardaşlarımız ayaqlarının tozu ilə Fəxri Xiyaban ziyarətində oldular. Di gəl qonaqlar ya özləri məlumatsız idi, ya da onlara “ziyarət xəritəsini” verən adam bilərəkdən səhv xəritə vermişdi.
Amma heyf ki, hər iki hal güneyli qardaşlarımızı düzə çıxarıb günahsız etmir.
Güney Azərbaycan adına iddia edən bir təşkilatın Fəxri Xiyaban qapısından içəri keçər-keçməz sağa dönməli olduğunu hamı bilir. Qısacası, Əbülfəz Elçibəyin məzarını ziyarət etməyən, Əbülfəz bəyin Güney Azərbaycan ideyası uğrunda illərlə canı və qanıyla apardığı mübarizəni görməzdən gələn bir “təşkilat” səmimi sayıla bilməz.
Bu təkcə mənim fikrim deyil, hətta hər hansı bir nədəndən Elçibəyi sevməyən birindən belə soruşsanız sizə bunu deyər. Qısacası, aksiomadır.
Amma yenə də olsun, biz güneylə bağlı yaranan bütün təşkilatlara, “İstiqlal” ideyasını dilə gətirən hər bir kəsə, bu ideyanın həyata keçməsi uğrunda iş görmək istəyən hər bir qardaşımıza uğur diləyirik.
Hətta bu adamlar ömürləri boyu “irançılıq” ideyası ilə yaşamış, özünə vətən İranı saymış olsa belə. Hətta bir –iki il öncə “Federativ İran konstitusiyası” yazmış olsalar belə.
Hətta bu adamlar zaman-zaman Güney Azərbaycanda baş vermiş milli inqilabların önündə gedən adamlara qarşı təhqiramiz ifadələr işlətmiş olsalar belə. Hətta bu adamlar dünənə qədər “İranda sadəcə rejim dəyişikliyi olmalıdır” deyib, altdan–altdan Rza Şahın nəvəsini İrana qaytarmaq üçün fəaliyyət yürütmüş olsalar belə.
Lap bu adamlar İran adlanan dövlətdəki milli təşkilatları vaxtı ilə sataraq minlərlə gəncin ölümünə vəsilə olmuş olsalar belə.
Amansız farsların azərbaycan türklərinə qurduğu dar ağacından sirli şəkildə qurtulmuş olsalar belə. Bu adamlar illərdir “harda aş, orada baş” olsalar belə, biz bu gün “İstiqlal” dediklərinə görə bunlara uğur arzu edirik. Daha doğrusu mən edirəm.
Amma güneydəki soydaşlarımızın, dar ağacında onlarla ideya yoldaşını qurban vermiş insanların bu adamları bağışlayacağına inanmıram.
Təşkilat qurmaq, gəlmək, görüşlər keçirmək yaxşı işdi. Bəyanat vermək, müsahibə vermək, danışmaq, nəsə demək gözəldir. İllərdir bu və ya başqa şəkildə proseslərin içində olan adamlarçün bundan asan nə var ki, çıxar nədən desən danışar. Elə gözəl danışar ki, azğın açıq qalar.
Pis olan bilirsiniz nədir? Dünənə qədər dağılmasını istəməyib, kənarda yaşasan da özünə “vətən” saydığın İran adlanan dövlətin hüdudları içində hər gün onlarla soydaşımız dar ağacına çəkilərkən, kiminsə bütün bu prosesə “çörək ağacı” kimi baxması. Bax bu pisdi. Həm də çox pisdi…(yenicag.az)

Çingiz Özgür
Tramp: İran danışıqlara çarəsiz şəkildə can atır
Almatı və Təbriz qardaş şəhərlər elan olunacaq
İranda dolların bu günə olan məzənnəsi
İranda bəhailərə təzyiq davam edir
Vaşinqton SEPAH-ı məhv etməlidir - Con Bolton:
Yaşar Həsənpur beş aydır məhkəmə qərarı olmadan həbsdə saxlanılır
İranda danışıqlara qarşı daxili parçalanma var
SEPAH Hörmüz boğazında iki neft tankerini hədəfə alıb
İran qəzeti: Hörmüz və Bab əl-Məndəb boğazlarının uzunmüddətli bağlanması İranın özünə zərər verər
Müəllimlər Tehranda etiraz aksiyası keçirdilər
İrana qarşı dağıdıcı zərbələr davam edəcək - ABŞ rəsmisi
Bəndər-Abbas və Qeşm adasına zərbələr endirilib
Şirazın şimal-qərbində partlayış səsi eşidilib, hava zərbəsi barədə məlumat yayılıb
Tramp: Hazırda İranın nüvə silahına sahib olmaq imkanlarını iki həftəyə aradan qaldıracağıq
Sistan və Bəlucistanda sünni din xadimi silahlı hücum nəticəsində öldürülüb
İran: Hörmüz boğazındakı rolumuz müzakirə mövzusu deyil
İranlı deputat ərəb liderlərini təhqir edib - Müsəlman deyillər
İrana yenidən güclü zərbə endirəcəyik - Donald Tramp
İrannın qərbində güclü zəlzələr oldu
İrqın baş naziri Tehrana səfər edəcək
Urmiyada keçirilən aksiyanın dağıdılmasında iştirak etdiyi iddia olunan polis zabitinin vəzifəsi artırılıb
İran amerikalı məhbusu azad etdi
İranda etirazlar yenidən alovlandı
Suriya İranın dəstəklədiyi "Hizbullah"a göndərildiyi bildirilən silah yükünü ələ keçirib
Küveyt İranla əlaqələndirilən PUA hücumlarının dəf edildiyini açıqlayıb
İran BƏƏ-nin hava və dəniz limanlarına hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib
Müctəba Xamenei: ABŞ “unudulmaz dərs” alacaq
Şəhriyar Muğanlı "Traktor"a qoşuldu
CENTCOM: İranın İordaniyaya hücumlarında iki amerikalı hərbçi həlak olub
İranda məhbusların aclıq aksiyası davam edir
Tehran meri: Xameneinin öldürülməsindən sonra Tramp dünyanın heç bir yerində təhlükəsizlikdə olmayacaq
Küveyt: İranın hücumu nəticəsində elektrik stansiyası zərər görüb
Şərqi Azərbaycanda xarici vətəndaşlar həbs edilib
İran enerji infrastrukturuna hücumlardan sonra əhalini elektrik enerjisinə qənaət etməyə çağırıb
Müctəba Xamenei bu vaxta qədər gizlənəcək
SEPAH körfəzdə dörd gəmiyə hücum edib
İran ABŞ-ın Küveytdəki hərbi obyektlərinə zərbələr endirdiyini iddia edir
İranlı deputat: ABŞ-ın körpülərə zərbələri adalara quru hücumunun xəbərçisi ola bilər