SON XƏBƏRLƏR

Ekspert: “Ciddi daxili problemləri olan İran regionda yeni qarşıdurmaya hazır deyil”

2023.01.10, 09:00
Ekspert: “Ciddi daxili problemləri olan İran regionda yeni qarşıdurmaya hazır deyil”

Gunaz.tv

Bunu Vaşinqtondan olan xarici siyasət və energetika üzrə ekspert Umud Şokri İsrailin Baş naziri Benyamin Netanyahunun regionda radikal dinə qarşı tədbir görülməsi və rəsmi Tehranın nüvə silahı əldə etmək planlarına qarşı çıxılması ilə bağlı son bəyanatlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, İsrail İranın hərbi proqramlarını, o cümlədən nüvə və pilotsuz uçuş aparatları (PUA) sahəsində irəliləyişini diqqətlə izləyir: “2015-ci ildə İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı imzalanıb. Lakin İranın regional siyasəti dəyişməyib və İsrailin təhlükəsizliklə bağlı narahatlıqları artıb”.

Ekspert vurğulayıb ki, İranın dəstəklədiyi proksi qrupların region ölkələrinin enerji infrastrukturuna, həmçinin İsrailin maraqlarına hər hansı hücumu İranı təcrid vəziyyətinə salacaq: “Netanyahunun İranın nüvə proqramı ilə bağlı məsələnin həllinin zəruriliyi və Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasının mümkünsüzlüyü ilə bağlı son bəyanatları İsrailin təhlükəsizlik problemlərinin hələ də həll olunmadığını göstərir”.

U.Şokri bildirib ki, amma İran indi yeni qarşıdurmaya qoşulacaq vəziyyətdə deyil: “İranın mürəkkəb xarici siyasi münasibətləri və nüvə proqramını davam etdirməsi Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə danışıqların dayandırılmasına səbəb olub. İranda ötən ilin sentyabrında rejim tərəfindən azadlıqların boğulmasına qarşı etirazlar başlayandan sonra bu danışıqların bərpası və yeni sazişin imzalanması ilə bağlı imkanlar daha da azalıb”.

“Prezident İbrahim Rəisi çətin vəziyyətdədir. İranda enerji və su təchizatı böhranından tutmuş siyasi etirazlara qədər daxili problemlərin kəskinləşməsi elə vəziyyət yaradır ki, o, İranın regionda yeni gərginliyin tərəfinə çevrilməsinə imkan verə bilməz”, - U.Şokri diqqətə çatdırıb. (report)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar