SON XƏBƏRLƏR

Xorvatiya İrandan neft idxalını dayandıracaq

2021.10.20, 07:36
Xorvatiya İrandan neft idxalını dayandıracaq

Gunaz.tv

Xorvatiya İrandan neft idxalını dayandıracaq

GünazTV: Xorvatiya hökuməti Avropa Birliyinin İrana qarşı tətbiq etdiyi sanksiyalara qoşulmaq barədə qərar qəbul edib.Bu barədə Xorvatiyanın kütləvi informasiya vasitələri xəbər yayıb.

Belə ki, rəsmi Zaqreb Tehrandan neft idxalını dayandıracaq. Xəbərdə Xorvatiyanın İrandan neft və neft məhsullarının idxalını tamamilə dayandıracağı bildirilib. 

Qeyd edək ki, Avropa Birliyinin xarici işlər nazirlərinin 2012-ci il yanvarın 23-də Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən toplantısında iyulun 1-dən etibarən İrandan neft idxalının tamamilə dayandırılması barədə qərar qəbul edilib.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar