SON XƏBƏRLƏR

İşğalçı ölkənin növbəti oyunu

2021.10.20, 07:36
İşğalçı ölkənin növbəti oyunu

Gunaz.tv

GünAz TV: Ermənistan Azərbaycana qarşı öz məkrli siyasətini davam etdirməkdədir. Rəsmi İrəvan Dağlıq Qarabağı pul müqabilində cırtdan dövlətlərə tanıtdırır.

 

Ermənistan işğalda saxladığı Dağlıq Qarabağın rəsmən tanınması üçün Sakit okean (iqyanus) adalarında yerləşən cırtdan dövlətlərə üz tutmağa başlayıb. Qondarma erməni soyqırımının ildönümü yaxınlaşdıqca rəsmi İrəvan bu məsələni yenidən dünya gündəminə gətirmək niyyətindədir.

 

Ermənilər qondarma Dağlıq Qarabağ respublikasının (Cümhuriyyətinin) tanınması üçün bu yaxınlarda Sakit okeanda yerləşən, 12 min nəfər əhalisi olan Tuvalu Respublikası ilə diplomatik münasibətlər yaratmağa başlayıb. İki ölkə arasında ilk rəsmi protokol ölkələrin BMT-dəki (Birləşmiş Millətlər Təşkilatı) daimi nümayəndələri tərəfindən martın (March) 16-da imzalanıb. Bu barədə Publika.Az "habermynet.com" saytına istinadən xəbər yayıb.

 

 Ermənistanın bu addımından narahat olan Türkiyə prosesi yaxından izləməyə başlayıb. Buna səbəb isə Tuvalunun Rusiyanın dəstəyi ilə 2008-ci ildə tanınmamış Abxaziya və Cənubi Osetiya respublikalarını pul müqabilində tanıyan ilk ölkə olmasıdır.

 

 Ankara hesab edir ki, Qərblə münasibətlərini pozmamaq üçün qondarma Dağlıq Qarabağı tanımayan Ermənistan pul müqabilində bunu Tuvalu vasitəsilə edə bilər. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar