SON XƏBƏRLƏR

Suriyalı pilot (xələban) Türkiyəyə sığınıb?!

2021.10.20, 07:36
Suriyalı pilot (xələban) Türkiyəyə sığınıb?!

Gunaz.tv

GünAz TV: Suriyada dünən bir hava qüvvələri pilotunun (xələban) hərbi təhlükəsizlik binasını bombaladıqdan sonra Türkiyəyə sığındığı iddia edildi.

 

Suriya hava qüvvələrinin vəzifəli pilotu “sıravi etirazçılar öldürmə əmrlərini rədd edərək” Hələbdə olan bir hərbi təhlükəsizlik binasını hədəf alıb. Pilot təyyarəsindəki sursatı (mühümmat) bitirdikdən sonra hava yolu ilə Türkiyəyə gəlib. Bu barədə “Mərkəz” ərəb mətbuatına istinadən xəbər yayıb.

 

Suriya Milli Şurasının bir üzvü də tərəf dəyişdirən pilotun Türkiyəyə çatdığını təsdiqləyib. Xəbərə görə, şuranın üzvü Bəşər Əsəd rejiminin ordunun idarəsini itirdiyini ifadə edərək, prezident sarayına  hücum edilə biləcəyindən qorxaraq  hərbi pilotları sahəyə sursat vemədən göndərdiyini bildirib. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar