SON XƏBƏRLƏR

İranın Ankaradaki səfirliyinə hücum edənlər iranlı imişlər

2021.10.20, 07:36
İranın Ankaradaki səfirliyinə hücum edənlər iranlı imişlər

Gunaz.tv

GünAz TV: Onlar bu yolla viza verilməsi proseduruna etiraz etmək istəyiblər.

 

Türkiyə polisi İranın Türkiyədəki səfirliyinin binasına hücum edən şəxsləri yaxalayıb. ANS PRESS-in France-Presse agentliyinə istinadən verdiyi məlumata görə, səfirlik binasına hücum etməkdə təqsirləndirilən şəxlər əslən iranlı imişlər.

 

 Onlar törətdikləri əməlin motivini (əngizə) də açıqlayıblar. Saxlanılan şəxslər bu yolla səfirliyin həddindən artıq ağır şərtlərlə viza verilmə qaydalarına etiraz etdiklərini bildiriblər.

 

 Qeyd edək ki, ötən gün iki nəfər İranın Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən səfirliyi binasına 3 ədəd Molotof kokteyli atmışdı. Hadisə nəticəsində xəsarət alan olmamışdı.

 

 Səfirlik əməkdaşları yanğınsöndürənlərin köməyinə ehtiyac duymadan səfirliyin həyətində əmələ gəlmiş alovun qarşısını almışdı. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar