SON XƏBƏRLƏR

Saleh Şükürlü: “Ola bilər ki, Amerika öz diqtəsini Rusiyanın vasitəsilə İrana yeritsin”- Müsahibə

2021.10.20, 07:36
Saleh Şükürlü: “Ola bilər ki, Amerika öz diqtəsini Rusiyanın vasitəsilə İrana yeritsin”- Müsahibə

Gunaz.tv

GünAz TV mətbuat mərkəzinin növbəti müsahibi, “Azərbaycan Mübariz Gənclər Təşkilatının sədri, siyasi ekspert (karşünas) Saleh Şükürlüdür.

 

- Bəzi ekspertlərə görə, Rusiya İran məsələsində Amerika ilə bazarlıq etməkdədir. Yəni, İraq, Yuqoslaviya etdiyi siyasəti eynilə İrana qarşı edəcək. Bu haqda nə deyə bilərsiniz?

 

- Hesab edirəm ki, bu məsələdə Rusiya öz mövqeyini qoruyacaq. Amerika ilə üzdə bazarlıq etdiyi görünsədə son nəticədə İranı qoruyacaq və burada ABŞ-ı (Amerika Birləşmiş Ştatları) imkan verməyəcək ki, Rusiyanın ağzının içinə girə. Amma ola bilər ki, Amerika öz diqtəsini Rusiyanın vasitəsilə İrana yeritsin. Bu da bölgədə vəziyyətin gərginləşməməsi naminə Rusiyanın istəyi ilə ola bilər.

 

- Ümumiyyəytlə, bölgədə müharibə vəziyyəti görsənirmi?

 

- Ola bilər ki, hansısa gərginliklər yaşansın, amma bunun müharibəyə çevriləcəyini düşünmürəm. Amma, bununla yanaşı vəziyyətin ciddiliyi bölgəni təhdid edir.

 

- Rusiyada Vladimir Putinin yenidən prezident seçilməsi, Dağlıq Qarabağ üçün nələr vəd edir?

 

- Vladimir Putinin yenidən prezident seçilməsi ilə Dağlıq Qarabağın işğaldan azad olması üçün heç də yeni gözləntilərin olacağını göstərmir. Çünki hakimiyyət dəyişməyib ki, deyək ki, bundan əvvəlki hökumət nəsə edə bilmədi, yenisi gəlib düzəldəcək. Ancaq onu deyə bilərəm ki, bu məsələdə Rusiya çox şeyə qadirdir. Bu gün Rusiya bölgədə vəziyyətin sabitləşməsində maraqlı olmalıdır. Bu siyasət Rusiyanın maraqlarına cavab verir.

 

Söhbətləşdi: Elnur Eltürk

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar