SON XƏBƏRLƏR

İran Kərəcdəki partlayışlara münasibət bildirdi

2023.02.27, 12:59
İran Kərəcdəki partlayışlara münasibət bildirdi

Gunaz.tv

O, partlayışları "düşmənin saxta əməliyyatı" adlandıraraq qeyri-dəqiq fikir bildirib.

Xətib bununla yanaşı İranın İsfahan şəhərində təlim görmüş bir qrupun ələ keçirildiyini iddia edib.

Nazir, saxlanılanların neçə nəfər olduğu, kimlikləri və nədə ittiham olunduqları barədə əlavə açıqlamalar verməyib.

Qeyd edək ki, fevralın 23-dən 24-ə keçən gecə İranın Kərəc şəhərinin Hisar bölgəsində güclü partlayış və hava hücumundan müdafiə sistemlərinin davamlı atəş səsləri eşidilib.

Partlayış səslərinin İranın hərbi mərkəzləri və SEPAH bazalarına dron hücumu olduğu barədə qeyri-rəsmi xəbərlər yayılıb.

İran rəsmi mediası SEPAH-a istinadən bunun hava hücumundan müdafiə təlimləri olduğunu iddia edib.

İsmayıl Xətibin isə son açıqlaması partlayışlarla bağlı SEPAH-ın iddiaları ilə zidiyyət təşkil edir və dolayısı yolla Kərəcdə partlayış səslərinin SEPAH mərkəzlərinə hava hücumu olduğuna ehtimalını gücləndirir.

Cavidan

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar